Fransa millisinin baş məşqçisi Didye Deşam onu yığmada əvəzləyə biləcək məşqçinin adını çəkib.
Qol.az xəbər verir ki, o, “Real”ın çalışdırıcısı, vaxtilə Fransa yığmasında birgə çıxış etdiyi Zinədddin Zidanın bu vəzifəyə layiq olduğunu bildirib:
“Növbəti məşqçi Zidan ola bilər. Əvvəl-axır o, millini çalışdıracaq. Məşqçilikdə yaş məhdudiyyəti yoxdur. İşləmək göstərdiyin nəticələrindən asılıdır”.
Qeyd edək ki, Fransa Futbol Federasiyası ötən həftə Deşamla 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.