Axtarış...

Türkiyə Superliqasında növbəti baş məşqçi istefası



Türkiyə Superliqa təmsilçisi "Ankaragücü" baş məşqçisi Metin Diyadinlə yolları ayırıb.

Qol.az xəbər verir ki, 51 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bu qərarın verilməsinə komandanın ölkə çempionatında uğursuz çıxış səbəb olub.

Qeyd edək ki, "Ankaragücü" 11 turdan sonra 9 xalla 17-ci pillədə qərarlaşıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz