Axtarış...

"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzadıb

"Qalatasaray" Fatih Terimlə müqavilənin müddətini uzadıb

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Fatih Terim ilə müqavilənin müddətini uzadıb.

"Millitv.az" "CNN Türk"ə istinadən xəbər verir ki, 65 yaşlı mütəxəssis 2021-2022-ci il mövsümünün sonuna kimi İstanbul təmsilçisinə rəhbərlik edəcək.

Onun klubla əvvəlki sözləşməsi 2019-cu ilin mayında başa çatır.

Qeyd edək ki, ötən ilin dekabrında 4-cü dəfə “Qalatasaray”ın baş məşqçisi təyin olunan Fatih Terim son mövsümdə Türkiyə Super Liqasının qalibi olub. “Cim-Bom” cari çempionatda da 18 xalla liderdir. İstanbul təmsilçisi Çempionlar Liqasında D qrupunda yer alıb və 2 turdan sonra 3 xalla 3-cü yerdədir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz