Bu gün Topaz Premyer Liqanın 22-ci turunda “Qarabağ” “Sumqayıt”ın qonağı olacaq.
Qol.az xəbər verir ki, matçın başlanğıcı simvolik olacaq. Komandalar 2016-cı ilin aprel döyüşlərində şəhid olan hərbçilərimizin xatirəsinə ehtiram əlaməti olaraq, meydana onların övladları ilə çıxacaqlar. Məlumatı “Qarabağ”ın mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu saat 18:30-da başlayacaq.