"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya millisi ilə bağlı qərarını dəyişib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 40 yaşlı qapıçı yenidən millidəki çıxışını davam etdirəcək. Onunla yanaşı, "Roma"nın Danile de Rossi və "Yuventus"un digər üzvü Corco Kyellini də yığmaya qayıdıb. Hər 3 futbolçu "Avro-2020"nin sonuna kimi "mavi eskadra"nın formasını geyinəcək. Millidə müvəqqəti baş məşqçi olan Luici di Byadco hər 3 oyunçunu fikrindən döndərə bilib.