Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiya mətbuatı Byelitsanın maaşının azaldılmasına razı olmadığı üçün qovulduğunu yazıb. Daha əvvəl isə eyni səbəbdən xorvatiyalı mütəxəssisin köməkçiləri vəzifəsindən azad edilib.
Qeyd edək ki, 2018-ci ildən “Dinamo”nu çalışdıran Nenad Byelitsa 2 dəfə Xorvatiya çempionluğunu, bir dəfə isə ölkə kubokunu qazanıb.