“Paşinyanın bəyanatı danışıqlar prosesinin gedişinə zərbə vurur” - ATƏT PA-nın Prezidentindən önəmli açıqlama

“Paşinyanın bəyanatı danışıqlar prosesinin gedişinə zərbə vurur” - ATƏT PA-nın Prezidentindən önəmli açıqlama

“Avropa məkanında, Cənubi Qafqazda mövcud olan Dağlıq Qarabağ münaqişəsi bütün dünyanın, eləcə də bizim təşkilatımızın - ATƏT-in diqqət mərkəzindədir”.

Bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında ATƏT PA-nın Prezidenti Giorgi Tsereteli deyib. Ermənistan baş naziri Nikol Paşinyanın səsləndirdiyi bəyanata münasibət bildirən G.Tsereteli qeyd edib ki, bu bəyanat münaqişənin nizamlanmasına və danışıqlar prosesinin gedişinə zərbə vurur: “Düşünürəm ki, münaqişənin həllinə nail olmaq məqsədi daşımayan və ölkələr arasındakı müzakirələrə töhfə verməkdən uzaq olan bu cür bəyanatların səsləndirilməsi hər zaman sülh prosesini zədələyir. Biz daha çox konstruktiv bəyanatlar eşitmək istəyirik və konkret addımlar gözləyirik. Fikir ayrılıqlarını və fərqli düşüncələri bir araya gətirib ortaq dil tapmaq lazımdır. Ayrılıqlara səbəb olan və münaqişənin nizamlanması prosesinə zədə vuran bu cür bəyanatların səsləndirilməsi təəssüf ki, bu istiqamətdə mövcud olan problemlər sırasındadır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq mümkündür”.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət