Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlaması Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesindən çıxış yolu kimi şərh edilə bilər.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın tanınmış siyasi müşahidəçisi İrina Jorbenadze Azernews-a açıqlamasında bildirib.
Jorbenadze qeyd edib ki, danışıqların dayandırılması kənar müdaxilələrin olmayacağı təqdirdə Ermənistanın mütləq itirəcəyi bir müharibənin dayağıdır: "Ermənistanda bunu çox gözəl başa düşürlər. Ancaq Ermənistanın üçüncü ölkələrin dəstəyini ala biləcəyi ehtimalı azdır".
Gürcü ekspert qeyd edib ki, Dağlıq Qarabağdakı qondarma rejimlə rəsmi Yerevan arasındakı qarşıdurma dərəcəsi nə qədər yüksək olarsa, ikincinin münaqişədəki status-kvonu qorumaq ehtimalı bir o qədər azdır: "Dağlıq Qarabağ münaqişəsinin son həlli ya sürətlə baş verə bilər, ya da son vaxtlar olduğu adi hal kimi danışıqlar prosesi həvəsləndirici şəkildə aktivləşir və sonra yenidən geriləyəcək. Ona görə də hazırda münaqişənin həlli üçün real proqnoz vermək mümkün deyil".
ATƏT-in Minsk Qrupuna gəlincə, Jorbenadze bildirib ki, bu struktur artıq Dağlıq Qarabağ münaqişəsinin həllində dekorativ rol oynayır: "Minsk qrupu yalnız radikal hrəkətləri təxirə salmaq üçün danışdıqları bir platforma halına gətirib. Bəzən bu, müsbət bir məqam sayıla bilər. Ancaq ortamüddətli dövrdə deyil. Dünya siyasəti uzun və möhkəm ikili, üçlü standartları tətbiq edib və bu, təkcə Qarabağa aid deyil".
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə "Pan-Erməni Oyunları" nın açılışında iştirak etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bəyanatla çıxış edərək Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.