Danışıqların davam etdirilməsinə heç bir səbəb yoxdur.
Analitik Elçin Mirzəbəyli Redaktor.az-a açıqlamasında 23 sentyabrda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçiriləcəyinə münasibət bildirib.
Analitik hesab edir ki, Görüşün keçirilməməsi, baş tutmaması, bundan imtina edilməsi üçün kifayət qədər səbəblər var:
“Amma daha yaxşı yanaşma görüşdə iştirak edib, Ermənistan tərəfindən Paşinyanın bəyanatlarına aydınlıq gətirilməsini istəmək və həmsədrlərdən Ermənistana qarşı səsləndirilən bəyanatlara görə konkret addımların atılmasını tələb etməkdir. İndiki şəraitdə prosesin irəli aparılması üçün heç bir əsas yoxdur. Danışıqlar masasının arxasında da hər hansı ciddi fikir mübadiləsi aparılmayacaq. Əslində Paşinyan məqsədyönlü şəkildə ziddiyyətli fikirlər səsləndirir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı bir addım atılmasın. Çünki ölkə daxilindəki Qarabağ klanı ilə bağlı olan münasibət kifayət qədər ziddiyyətli və böhranlıdır. Digər tərəfdən, Paşinyan işğal olunmuş Azərbaycan torpaqlarında fomalaşdırılmış separatçı rejimin bütün rıçaqlarını tam ələ keçirənə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yalnız radikal fikirlər səsləndirəcək. Bu əsasən Ermənistanın daxili siyasətinə hesablanmış addımlardır. Şübhəsiz ki, bunu Azərbaycan da yaxşı başa düşür. Beynəlxalq təşkilatlar da çox güman ki, başa düşmək əzmindədirlər”.
E. Mirzəbəyli vurğulayıb ki, onun səsləndirdiyi fikirlər təkcə Azərbaycana deyil, eyni zamanda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də münasibətdə əslində aşağılayıcı davranışlardır:
“Paşinyanın bu yanaşması bütövlükdə Minsk prosesinin şübhə altına alınması və bu günə qədər masa üzərində olan bütün təkliflərdən imtina edilməsi deməkdir. Bu baxımdan, Azərbaycanın xarici işlər naziri də buna aydınlıq gətirilməsini elə masa arxasında tələb etməlidir. Əks təqdirdə prosesin davam etdirilməsi üçün heç bir əsas yoxdursa, o zaman məsuliyyətin də Ermənistanın üzərində olduğunu açıq şəkildə bəyan edərək, proses barədə Azərbaycan xalqına açıq məlumat verərək, danışıqlar prosesindən imtina edilməlidir”.
Analitik qeyd edib ki, bu proses bütövlükdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin 3-cü dərəcəli diplomatları üçün iş yeri funksiyasını daşıyırsa, danışıqlar davam etdiriləcək:
“Əks təqdirdə indiki şəraitdə, xüsusilə də ölkəsindəki proseslərə nəzarət edə bilməyən, qeyri-adekvat siyasətçi və baş nazir təsiri bağışlayan bir insanla danışıqların davam etdirilməsinə heç bir səbəb yoxdur”.
Xatırladaq ki, 23 sentyabrda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin