Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə gün əvvəl keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır.
Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, bu görüş barədə məlumatlar çox müsbətdir:
“Onların danışıqlar prosesinə sadiq qalmasını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunin təbliğ etdiyi sağlam düşüncənin addımlarıdır”.
M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün lazımdır və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.