Fevralın 6-da Ermənistan hökumətinin proqram layihəsi elan edildi.
"Joxovurd" nəşrinin yazdığına görə, 71 səhifəlik sənəd diqqətçəkən bir faktı təsdiq edib.
Nəşrin yazdığına görə, söhbət Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin əvvəlki hökumətin proqramını praktik olaraq tamamilə təkrarlamasından gedir. Proqram 2018-ci ilin iyununda "məxməri inqilab"dan sonra parlamentdə təqdim edilmişdi.
Yeni proqram ən yaxın beş il üçün yazılıb və uzunmüddətli perspektivə göstərilmiş konkret göstəricilər var. Məsələn, iqtisadi artımın orta tempi ən azı 5 faiz təşkil etməlidir.
Sənəddə xarici siyasət sahəsində bir neçə diqqətçəkən aksent var. Məsələn, qeyd edilir ki, hökumət ATƏT-in Minsk qrupu formatında Dağlıq Qarabağ münaqişəsinin sülh nizamlanmasına səy göstərəcək. Bildirilir ki, danışıqlar prosesində "Artsax"ın (Dağlı Qarabağ – red.) statusunun və təhlükəsizliyinin təminatı Ermənistanın başlanğıc prioritetidir. Paşinyan hökuməti iddiasında qalaraq yenidən təsdiq edir ki, Dağlıq Qarabağdakı qondarma rejim münaqişə tərəfidir, nizama salınma prosesində həlledici səsə malik olmalıdır.
Amma hökumətin proqramında qonşu Türkiyəylə münasibətlərin yaxşılaşması haqqında heç nə yoxdur, hərçənd Paşinyan ilkin şərtlərsiz bu ölkə ilə münasibətlərin qurulmasından daha əvvəl danışıb. (publika.az)