“ƏƏSMN-in tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti tərəfindən mənə qarşı edilən qanunsuzluğa görə intihar etmək həddindəyəm”.
Millitv.az bildirir ki, bu sözlər Ucar şəhəri, H.Əliyev prospekti, ev 129 A, mənzil 13 ünvanında yaşayan Əliyev Nizami Əlisaab oğlu tərəfindən JAMAZ.İNFO-nun elektron poçtuna göndərdiyi məktubdandır.
O bildirir ki, uzun müddətdir Ucar Elektrik Şəbəkəsəində elektrik mantyoru vəzifəsində işləyib. “2022-ci ilin sentyabr ayında iş zamanı yüksək elektrik cəryanı vurması nəticəsində ağır xəsarət alıb, əmək qabiliyyətimi itirmişəm. Baxmayaraq ki, uzun müddətdir ki, stasionar müalicələr alıram, amma sağalmamışam. Buna görə çox əziyyət çəkirəm”.
Nizami Əliyev deyir ki, qanunla ona əlillik təyin edilməli olsa da, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona imtina verib, qeyd edib ki, «Səbəb diaqnoz əlillik əlaməti təyin etməməsi»dir. “Bu tam qanunsuz imtinadır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi vermişdir. Çünki istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində aldığım xəsarətə görə sol qolum işləmir, ayaq barmaqlarım ambutasiya olunub. Ayağımı yerə basa bilmirəm, köməkçi vasitəsi ilə hərəkət edirəm. Bir ildən çoxdur ki, bulletendə olub müalicələr alsam da, əmək qabiliyyətim bərpa olunmayıb”.
O yazır ki, xəsarəti “Elektrik cərəyanının təsiri, Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri. Oynaqların kontrakturası, Hər iki ayağın IV,V barmaqlarının kontrakturası. Dərinin anesteziyası, Çapıqlarda hissiyyat pozğunluğu. Digər dəqiqləşdirilmiş donmaların, termiki və kimyəvi yanığın nəticələri, Sol qulaq seyvanının, sol çiyin qurşağının, sol bazunun bayır səthinin, sağ saidin ön səthinin, hər iki pəncənin alt səthinin III dərəcəli elektrik yanığından sonrakı ağrılı, dartıcı hipertrofik çapıqları. Digər daimi ağrı, Daimi ağrı sindromu. Elektrik cərəyanının təsiri , Keçirilmiş elektrotravma nəticəsində bədənin müxtəlif nahiyələrində olan yanıqların qalıq əlamətləri” diaqnozu ilə təsdiqlənib. “Bəlkə də pul versəydim, mənə əlillik təyin edərdilər. Çünki elə adamlar tanıyıram ki, əmək qabiliyyətinə malik, tam sağlam olsalar da, onlara əlillik təyin edilib. Mənim isə maddi imkanım yoxdur deyə, zülm əziyyət çəkirəm süründürməçliyə məruz qalmışam. İşimə qayıtsam işləyə bilməyəcəm. Çünki sol qolum işləmir, yeriməkdə çətinlik çəkirəm”.
Ucar sakini dövlət başçısından köməklik istəyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.