Axtarış...

"Əlillik dərəcəsi alana qədər mübarizə aparacam" - ETİRAZ

"Əlillik dərəcəsi alana qədər mübarizə aparacam" - ETİRAZ


Eldəniz Muradov deyir ki, hərbi xidmət dövründə səhhətində problemlər yaranıb.

Onun sözlərinə görə, əlillik dərəcəsi ala bilmək üçün Əlillərin Bərpa Mərkəzinə müraciət edib. Buradan ona “əlavə müalicəyə ehtiyacın var” deyildiyi üçün 5 saylı şəhər klinik xəstəxanasında müalicə aldıqdan sonra Prezident Administrasiyasına müraciət edib.

E.Muradova Prezident Administrasiyasından probleminin həll ediləcəyi deyilsə də, vədə əməl edilmir. Şikayətçi yenidən Əlillərin Bərpa Mərkəzinə gedib müayinədən keçir. Müayinəsindən keçdiyi həkim ona səhhətində heç bir problem olmadığını bildirib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov E.Muradova niyə əlillik dərəcəsi verilmədiyini bu cür əsaslandırıb ki, şikayətçidə əyani müayinə zamanı əlillik təyinatına əsas verən patofunksional pozuntular müşahidə edilməyib.

T.Qurbanov bildirir ki, nəticədə “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etmədiyi barədə qərar qəbul edilib.

E.Muradov əlillik dərəcəsi alana qədər mübarizə aparacağını deyir.

Toplum TV
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz