Axtarış...

Qazi dövlət agentliyinin yaydığı məlumata etiraz etdi: - “Hamısı ağ yalandır, inanmayın”

Qazi dövlət agentliyinin yaydığı məlumata etiraz etdi: - “Hamısı ağ yalandır, inanmayın”

Xəbər verdiyimiz kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayaraq Vətən müharibəsi qazisi Həsənli Sahil Rauf oğlunun əlilliyinin qiymətləndirilməsi üçün müvafiq işçi qrup tərəfindən əyani müayinəsinin aparıldığı bildirilib. Agentlik işçi qrup tərəfindən aparılan əyani müayinənin nəticələri və Hərbi Həkim Komissiyası tərəfindən təqdim edilən Şəhadətnamədəki diaqnoz əsasında qanunvericiliyə uyğun olaraq Sahil Həsənliyə II dərəcə əlillik (müddətsiz) təyin edildiyini açıqlayıb. Qeyd olunub ki, Sahil Həsənlinin aldığı xəsarətin (hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, sağ bazunun yuxarı 1/3-nin travmatik amputasiyasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı güdülü) yalnız II dərəcə əlillik təyinatına əsas yaradır.
Yeniavaz.com xəbər verir ki, qazi S. Həsənli videomüraciət yayaraq agentliyin açıqlamasına etiraz edib. O bildirib ki, onun qolu tamamilə amputasiya edildiyi halda, sadəcə 1/3 hissəsinin amutasiya edildiyi yazılıb və yanlış əlillik təyin edilib: “Əlillik dərəcə kağızında qeyd olunmalıdır ki, maşınla təmin olunsun, o yazılmayıb. Yəni maşın adımdan çıxıb. Məcburi köçkünlər haçan köçürülərsə, 1 il, 3 il, 5 il – o zaman ev veriləcək. İşlə təmin olunmamışam. Əlillik dərəcəm də düzgün verilməyib. Yazılıb ki, qolun 1/3 hissəsi amputasiya olunub. Halbuki, mənim qolum dibdən yoxdur. Gözüm, qulağım zədələnib, bağırsağım əlimdə düşmüşəm aşağıya, yaralı vəziyyətdə. Bir də böyük bir yanıq izim var. Bunların hamısı ağ yalandır. Heç kimə inanmayın”.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yaydığı məlumatda qazinin mənzil və avtomobillə təmin olunması üçün qeydiyyata götürüldüyünü və yaxın aylarda bu təminatın həyata keçiriləcəyini qeyd edib. Həmçinin Sahil Həsənlinin ilkin hazırlıq mərhələsi üçün sadə protezlə təmin olunduğunu, qısa müddətdən sonra isə qaziyə yüksək texnologiyalı protezin veriləcəyi bildirilib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz