Axtarış...

Zərdabın icra başçısı PAPAĞI GÜNƏ YANDIRIR... - Nə varlığı bilinir, nə də yoxluğu...

Zərdabın icra başçısı PAPAĞI GÜNƏ YANDIRIR... - Nə varlığı bilinir, nə də yoxluğu...

“44 günlük müharibə zamanı ağır maşınlar kənd yollarını bərbad hala saldı. Körpükənddən Yuxarı Seyidlər kəndinə qədər yollar qəzalı vəziyyətə düşüb”.

Bunu Meydan TV-yə Zərdabın Yuxarı Seyidlər kəndinin sakinləri bildiriblər. Onların sözlərinə görə, kənddə yalnız bir neçə ailənin telefonu var, internetə çıxış imkanları məhduddur.

Sakinlərdən biri danışıb ki, kəndin cavanları dolanışıq üzündən şəhərə axışırlar. Çünki içməli və suvarma su çətinliyi var, iş yoxdur.

“Artezian quyuları var, içməli su vedrələrlə daşınır. Çoxunun həyətində quyu var, amma su o qədər lilli olur ki, içmək və ya yuyunmaq üçün yararlı deyil. Kimin sahəsi varsa, arpa, yonca əkib dolanır. Su cəhətdən korluq çəkirik, ildə bir dəfə ot yığıb, bütün qışı onun pulu ilə yola veririk. Qazancımız bir tərəfdən də havadan asılıdır”, – sakinlərdən Asif Məmmədov deyib.

Bildirib ki, onun özü də Bakıya işləməyə gəlib, günəmuzd qazandığı pulu kənddə qalan ailəsinə göndərir:

“Bizim kənd Ağdaşın Xınaxlı kəndinə yaxındır. Yola asfalt döşənmişdi, amma indi elə vəziyyətdədir ki, bir dəfə gedib-gələndə maşın sıradan çıxır. Çünki ağır maşınlar bizim kənddən keçib gedirdi. Heç olmasa yolları təmir etsinlər. Cavanların hamısı şəraitsizlik, dolanışıq üzündən kənddən qaçır. Hələ bizim kənd digərlərinə baxanda yaxşıdır. Zərdabda elə kənd var ki, 20-30 ailə qalıb, qapılar qıfıllıdır”.

Yuxarı Seyidlər kəndi rayon mərkəzindən 33 kilometr aralıda yerləşir. Kəndlilər heyvandarlıq, taxılçılıqla məşğul olur. Rəsmi statistikaya görə, kəndin 800-dən çox sakini var.

Kənd bələdiyyəsindən isə deyiləni təkzib ediblər. Bildiriblər ki, kəndiçi yollar da daxil olmaqla əsas yola asfalt örtüyü çəkilib:

“Sağ olsun, Prezidentimiz. Yollarımıza asfalt çəkilib”.

Kəndlilərin səsləndirdiyi digər problemlərə isə aydınlıq gətirilməyib. //meydanTV//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz