Şəmkir rayon Tatarlı kənd sakinləri redaksiyamıza müraciətlərində bildirirlər ki, onlar içməli su problemindən əziyyət çəkirlər. İndi onlara verilən çay suyunu isə içmək mümkün deyil, çünki həmin suyun içində xırda balıqlar və digər həşəratlar çıxır.
Moderator.az sakinlərin şikayətini təqdim edir:
Sakinlər bildirirlər ki, hələ də rayon rəhbərliyinə izah edə bilmirik ki, bu suyu içmək olmur...
Tatarlı kənd sakinləri bildirirlər ki, onlara kənddən bir neçə kilometr uzaqda olan bulaqdan illər əvvəl içməli su çəkilib. Onlar da kəndin bir neçə yerində quraşdırılan krantlardan həmin sudan gütürərək istifadə ediblər. Amma bir neçə ay öncə həmin bulaqdan Tovuz rayonuna su çəkilərəkən Tatarlı kəndinə gələn su xəttinin filtri sındırılıb. Sakinlər sularının olmamasıyla bağlı rayon rəhbərliyinə şikayət etdikdə isə su xətti bu dəfə bulaq suyuna deyil, “Zəyəmşçay”a birləşdirilib. Sakinlər bildirirlər ki, hələ də rayon rəhbərliyinə izah edə bilmirik ki, bu suyu içmək olmur. Ona görə də Tatarlı kənd sakinləri içməli su gətirmək üçün bir neçə kilometr yol qət edərək qonşu kəndlərə üz tuturlar.
Su filtrinin təmiri üçün 3 min manat pul lazımdır....
Tatarlı kənd sakinləri deyirlər ki, Tatarlı kəndinə gələn su xəttinin filtrinin təmiri üçün 3 min manat vəsait lazımdır. Şəmkir rayon İcra Hakmiyyətindən isə bildirirlər ki, vəsaiti özünüz toplayın biz də su filtrinizi təmir edək. Bu pulu toplamağa isə sakinlərin maddi imkanı yoxdur. Tatarlı kəndinə su hər gün səhər saat 7:00-dan 10:00-dək verilir.
Tatarlı kənd sakinləri içməli su probleminə görə dəfələrlə Şəmkir rayon İcra Hakimiyyətinə şikayət etdiklərini deyirlər. Amma bildirirlər ki, icra hakimiyyətindən gələn nümayəndələr bildirir ki, suyunuz gəlir də, niyə şikayət edirsiniz?! Onlara izah edə bilmirik ki, biz içməli suyun şikayətin edirik.
Mövzu diqqətimizdədir. Məsələylə bağlı Şəmkir rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışacağıq.