Axtarış...

Avropa Sosialistlərindən “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasına ağır zərbə

Avropa Sosialistləri Partiyası hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasını sıralarından çıxarıb. Ötən ay Avropa Sosialistləri Partiyası rəhbərlərinin toplantısı keçirilib, qərar yekdilliklə qəbul edilib.
Məlumata görə, Avropa Sosialistləri Partiyası rəhbərliyi Gürcüstanda baş verən son hadisələri müzakirə edib və Siyasi Şurasının üzvləri “Gürcü Arzusu - Demokratik Gürcüstan”nın son vaxtlar təbliğ etdiyi mövqe və bəyanatlarla bağlı ciddi narahatlıqlarını bildiriblər.


Avropa Sosialistləri Partiyasının rəhbərliyi belə qənaətə gəlib ki, fəaliyyət və mövqelər baxımından “Gürcü Arzusu - Demokratik Gürcüstan” Avropa Sosialistləri Partiyasının dəyərlərindən böyük fərqdədir. Bunu nəzərə alaraq, Avropa Sosialistləri Partiyasının rəhbərliyi qərar qəbul edilən andan yubanmadan “Gürcü Arzusu - Demokratik Gürcüstan” ilə bütün münasibətləri dayandırmağı təklif edib. Siyasi şuranın üzvləri qərarı yekdilliklə ratifikasiya ediblər.

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu il mayın əvvəlində Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyətlər Konfransında çıxışı zamanı bildirib: "Macar xalqı çox şanslıdır ki, belə müdrik və uzaqgörən lider var. Həqiqətə qarşı çıxan qüvvələr LGBT təbliğatının köməyi ilə öz məqsədlərinə çatmağa çalışırlar". Avropa Sosialistlər Partiyasının vitse-prezidenti Keti Piri İrakli Qaribaşvilinin çıxışını pisləyib və bildirib ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan”nın statusunun dayandırılması ilə bağlı siyasi birlikdə yekdil fikir var.

Onu da qeyd edək ki, İyunun 11-də isə Gürcüstanın hakim partiyası Avropa Sosialistləri Partiyasının sıralarından çıxarılmazdan 18 gün əvvəl, yəni iyunun 11-də bu təşkilatı tərk edib. Avropa Sosialistləri Partiyası Allaha, vətənə və ailəyə hörmət etdiyi üçün LGBT təbliğatına yol vermiş "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasını ölkədən çıxarmaqla da hədələyib.


Millitv.az


Daha çox xəbər

Şərh yaz