Azərbaycan Kommunist Partiyasından Yuqoslaviyalı həmkarlarına həmrəylik nümayişi
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Kommunist Partiyası neonasistlərin Yuqqoslaviyada Yeni Kommunist Partiyasının Belqraddakı qərargahına hücum ediblməsini pisləyir.
Yuqqoslaviyada Yeni Kommunist Partiyasının qərargahın pəncələrini sındırmış, divara antikommunist və neonasist şüarları yazıblar. Bu cür zorakılıq artıq 5-ci dəfədir ki, təkrar olunur. Yuqoslaviyada son bir neçə ildə neonasistlər çox fəallaşıblar və antifaşist abidələrini və sosializmin digər simvollarını məhv edirlər. Polis və səlahiyyətlilərin seyrçi davranışı isə davam etməkdədir.
Baş verən hadisələrlə etirazını bildirən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Yuqqoslaviya Yeni Kommunist Partiyasının Baş katibi Aleksandr Banjanasa həmrəylik məktubu göndərmişdir. Bu barədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ədalət Abdinov millitv.az –a məlumat vermişdir.
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi faşist qruplarının Yuqqoslaviya Yeni Kommunist Partiyasına qarşı törətdikləri qanunsuz əməlləri pisləyir – Ədalət Abdinov demişdir – Bu bir daha təsdiq edir ki, Yuqqoslaviya Yeni Kommunist Partiyasının siyasi proqramı antixalq hökumətini və mürtəce qüvvələri narahat edir. Yuqoslaviya kommunistlərinə qarşı təzyiqlərə, hücumlara son qoyulmalıdır.
Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin katibi Ədalət Abdinov qeyd etmişdir ki, son bir ildə 5-ci dəfədir ki, Yuqoslaviya Yeni Kommunist Partiyasının Belqraddakı qərargahının hakimiyyət tərəfindən heç bir tədbir görülmədən neofaşistlərin hücumuna məruz qalması hakimiyyətin təxribat xarakterli dözümlülüyünü, hətta dəstəyini nümayiş etdirir. Faşist qrupları ölkənin səlahiyyətli təhlükəsizlik orqanlarının biganə münasibətindən istifadə edirlər. Görünür, onları fəhlə sinfinin və ölkənin digər xalq təbəqələrinin mənafeyini müdafiə edən, NATO və Avropa İttifaqınin imperialist birliklərinə qarşı çıxan, sosializmin qələbəsi naminə fəaliyyət göstərən Yuqoslaviya Yeni Kommunist Partiyasının mübariz mövqeyi narahat edir.
Serbiya hökuməti minlərlə nasist əməkdaşının reabilitasiyasına keçdiyi üçün və faşist cinayətkarlarını cəsarətləndirdiyinə görə böyük məsuliyyət daşıyır. Bu siyasət həm də antikommunizmin, tarixin yenidən yazılmasının, qəbuledilməz “iki ifrat” nəzəriyyəsinin və qondarma totalitarizmin yayılmasının bayraqdarına çevrilmiş Avropa İttifaqınin dəstəyi ilə həyata keçirilir. Azərbaycan Kommunist Partiyası Serbiya hökumətini Yuqqoslaviya Yeni Kommunist Partiyası Mərkəzi Komitəsinin qərargahını qorumağa, eləcə də Yuqoslaviya Yeni Kommunist Partiyasının ofislərinə hücumlara görə məsuliyyət daşıyan faşist ünsürlərini təcili həbs etməyə və cəzalandırmağa çağırır – Ədalət Abdinov vurğulamışdır.