Axtarış...

Gürcüstan baş nazirinin müşaviri udduğu pulu Azərbaycandilli məktəbə hədiyyə edib

Gürcüstan baş nazirinin müşaviri udduğu pulu Azərbaycandilli məktəbə hədiyyə edib

Gürcüstan baş nazirinin regional məsələlər üzrə müşaviri Sozar Subari Qardabani rayonu Qaratəhlə kəndinin Azərbaycandilli məktəbinə baş çəkib.

“Report”un yerli bürosu xəbər verir ki, S.Subari məktəbə 3 min lari dəyərində gürcü dilində kitablar, foto və audio texnika hədiyyə edib.

Bildirilib ki, baş nazirin müşaviri qeyd olunan məbləği Gürcüstanın İctimai televiziya kanalında yayımlanan bilik yarışı proqramında udub. Qaratəhlə kənd məktəbinin şagirdləri S.Subarini həmin verilişdə dəstəkləyiblər.

Bununla yanaşı, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən məktəbə idman ləvazimatları və inventar da təqdim olunub.

Tədbirdə Qardabani rayonunun başçısı Ramaz Budaqaşvili, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, məktəb rəhbərliyi və digər şəxslər iştirak ediblər.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz