Axtarış...

"Mənim öğlum nəyə görə əfv edilməlidir?"

"Mənim öğlum nəyə görə əfv edilməlidir?"
Moderator.az xəbər verir ki, Gürcüstanın sabiq prezidenti, Ukrayna islahatları İcraiyyə komitəsi rəhbərinin anası Qiuli Alasaniya "Qordon" internet-nəşrinin baş redaktoru Alesya Batsmana verdiyi müsahibəsində Gürcüstanın hazırki prezidenti Salome Zurabişviliyə müraciət edib:

"Onun oğlumu heç vaxt əfv etməyəcəyi haqqında hansısa bəyanatı mənə çox təəccüblü gəldi. Əvvəla, məndən soruşsalar deyərdim ki, o, əfv edilməsi üçün heç nə törətməyib. O adamı əfv etmək olar ki, nəsə pis bir iş törədib". Mən isə, əksinə, hesab edirəm ki, Gürcüstan üçün etdiklərinə görə ona "sağ ol" deyilməlidir. Təəssüf ki, tarixdə çox vaxt əksinə olur",-Alasaniya deyib.

O, xatırladıb ki, Zurabişvili Gürcüstana məhz Saakaşvilinin dövründə qayıdıb.

"Mən ona nə deyə bilərəm ki? Məhz oğlumun prezidentliyi dönəmində o, Gürcüstana gəlib. Bildiyimə görə, bizim mühacirlər nə zamansa, XX əsrin 20-ci illərində müxtəlif ölkələrə üz tutub, həmişə bu arzuda olublar. O qadın Fransada böyüyüb...Amma onlar nə zamansa Gürcüstana geri dönməyi arzu ediblər. Onun arzusu məhz oğlumun dönəmində gerçəkləşib,-Alasaniya belə deyib.

Zurabişvili 1952-ci ildə Parisdə gürcü siyasi mühacirlərin ailəsində doğulub. 1970-ci ildən Fransa DİN sistemində çalışıb. 2003-2004-cü illərdə Fransanın Gürcüstanda səfiri olub. 2004-cü ildə Gürcüstanın yenicə seçilmiş prezidenti Saakaşvili Fransa rəhbərliyi ilə danışıqlardan sonra Zurabişvilini Gürcüstanın xarici işlər naziri təyin edib. 2005-ci ildə Zurabişvilini istefaya göndərdilər, bundan sonra o, Gürcüstanda qalaraq bəyan edib ki, öz siyasi karyerasını bu ölkədə quracaqdır. 2018-ci ildə Zurabişvili Gürcüstanın prezidenti seçilib. Seçkilərdə onu Saakaşvilinin müxalif olduğu hakim "Gürcü arzusu" partiyası dəstəkləyib.

Saakaşvili ardıcıl olaraq iki müddətə-2004-2013-cü illərdə Gürcüstanın prezidenti postunda olub. Prezident postundan gedəndən bir az sonra ölkəni tərk edib.
Son illər Ukraynada yaşayıb, siyasətçinin Ukrayna vətəndaşlığı var. 2020-ci ilin iyunundan Saakaşvili Ukrayna islahatları İcraiyyə komitəsinə başçılıq edir.

Gürcüstanda Saakaşvilini "Gürcüstan Birləşmiş bankı"nın əməkdaşı Sandro Qirqvlianinin qətlinə görə sabiq DİN əməkdaşlarını əfv etdiyinə görə üç il azadlıqdan məhrum ediblər. Siyasətçiyə Valeri Qelaşvilinin döyülməsi işinə görə daha altı il də iş kəsiblər. Saakaşvili ilə bağlı Gürcüstanda daha bir neçə işlərlə, o cümlədən 2007-ci ilin noyabrında etiraz aksiyasının dağıdılması işi ilə əlaqədar tədqiqat aparılır.

2021-ci ilin sentyabrında Saakaşvili oktyabrın 2-də, yerli seçkilər günü Gürcüstana gələcəyni bəyan edib. Oktyabrın 1-də səhər siyasətçi Gürcüstana qayıtığı haqqında məlumat verib. Elə həmin gün Saakaşvili saxlanılıb və həbs olunub, hazırda Rustavi şəhərində 12 saylı penitensiar müəssisəsindədır.

Oktyabrın 1-də Gürcüstanın sabiq prezidenti aclıq elan edib və 29 gündür ki, bu açlıq davam edir. Siyasətçinin vəkilləri və həkimləri onun səhhətinin pisləşməsi barəsində məlumat veriblər.

Ukrayna hakimiyyəti bəyan edib ki, Saakaşvilinin Ukraynaya qayıtmağına səy göstərəcəkdir.

Saakaşvili saxlanıldıqdan sonra Zurabişvili bəyan edib ki, onu əfv etməyəcək. "Hamı qanun qarşısında bərabərdir...Çoxları sual edir, prezident onu əfv edəcəkmi? Cavab birdir, sadədir, mənfidir: yox, heç vaxt",-Rustavi-2 telekanalı xanım prezidentdən iqtibas gətirir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz