Axtarış...

Müştərisi ABB-dən şikayətçi düşüb... - "...pulumu geri ala bilmirəm"


Azərbaycan Beynəlxalq Bankı müştərisinin təsdiqolunmamış əməliyyatına görə kartından çıxdığı 35 manatı 1 aydır geri qaytarmır.

Tribunainfo.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankın müştərisi olan Könül Rzayev sosial şəbəkədə yazıb. O bildirib ki, 1 aydır dəfələrlə müraciət edib ərizə yazsa da, pulunu geri qaytarmırlar:

“Şikayətim müştərisi olduğum Azərbaycan Beynəlxalq Bankındandır. Mən 19 apreldə özəl xəstəxanaların birində tibbi prosedur üçün 35 manat ödəniş etdim ABB kartımla, amma sonra ləğv olunduğu üçün xəstəxanadan mənə ləğv çeki verdilər. Bankın əlaqə nömrəsinə səhəri gün zəng vurdum, dedilər ki, əməliyat təsdiq olunmayıb, 15 iş günü ərzində məbləğ geri ödəniləcək. 15 gün keçdi, təkrar əlaqə saxlayanda dedilər, xəstəxanaya müraciət edin. Getdim ora, onlar dedilər bizlik deyil. Təkrar banka zəng vurdum, dedilər banka yaxınlaşın. Mən 4-cü gün banka getdim və sorğu yazdırdılar, səhəri gün bildirildi ki, “Pashabank” terminalı ilə ödəniş etdiyiniz üçün həmin banka müraciət etməlisiniz.
Bu gün “Pashabank”a da getdim və onlar da bildirdilər ki, biz sizin heç bir əməliyyatınıza baxa bilmirik, bizim müştərimiz deyilsiniz, sizin bankınız bizə müraciət etməlidir. Təkrar danışıram deyirlər, 5 manat verib ödənişli ərizə yazmalısınız. Başa düşmürəm, hər belə başqa terminalla geriqaytarma olanda banka əlavə pul ödəməliyik? Qanunvericilikdə 1-15 gün müddətində məbləğ qaytarılmalıdır yazılıb, bu nə özbaşınalıqdır? Mənə əvvəlcədən ödənişlədir desələr, normal qəbul edərdim. Beləcə, 1aya yaxındır ABB mənim əsəblərimlə oynayır, bu necə müştəri xidmətidir, maximum nəzakətli və üzüyumşaq davranıram hər bir halda, amma səbrimin sonudu. Əlimdə ləğv çeki ola-ola pulumu geri ala bilmirəm”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Tribunainfo.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz