Axtarış...

"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"

"Araz" marketdə müştəriləri narazı salırlar - "Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz"



Sumqayıt sakini Jalə Məmmədova "Araz" marketlər şəbəkəsinin Sumqayıt filialında üzləşdiyi problemlə bağlı narazılıq edir. Vətəndaş sosial şəbəkədə bildirir ki, ondan sözügedən market filialında etdiyi alış-verişə görə iki dəfə ödəniş alsalar da, buna etiraz etməsinə, problemin yoluna qoyulacağına söz vermələrinə baxmayaraq hələ də şikayəti təmin olunmayıb.

DİA.AZ narazı vətəndaşın "Facebook" sosial şəbəkəsindəki "Müştəriyəm Şikayətim Var" qrupunda yazdığı gileyini təqdim edir: "15.07.2020 tarixində "Araz" marketin Sumqayıt filialinda alış-veri. etdim. Ödəniş etmək üçün kassaya yaxınlaşdım. Və mənim kartımdan iki dəfə məbləğ cıxıldı.

Filial rəhbərini dəvət etdilər. Mənim əlaqə nömrəmi aldılar. "16.07.2020 tarixində sizinlə əlaqə saxlayacağıq" dedilər. Uğursuz əməliyyatın qəbzini də mənə vermədilər. 16.07.2020 tarixində mən yaxınlaşdım "Araz" marketin həmin filialına. Dedim ki bəs mənimlə əlaqə saxlayacaqdız, nə oldu?! Bir-birilərinin üzünə baxdılar. Sanki heş nə olmamış kimi.... Məni 1 saat gözlədəndən sonra kartın məlumatlarını istədilər.

Dedilər biz "Kapital-Bank"a e`mail yazacağıq. Bu gün mənə zəng ediblər ki sizdən bir dəfə ödeniş cıxılıb!

Belə dərd olar? Biz problemimizi kime deyək?! "Qaynar xettleri" də işçiləri kimi işləyir. Mənə deyirlər "Kapital-Bank"a yaxınlaşın?! Bu karanatin vaxtı kiminsə məsuliyyətsizliyi ucbatından mən niyə getməliyəm banka?! Bu ölkədə heç kim heç kimə badalaq gələ bilməz! Qanun var! Siz də bunun qarşısında cavab verəcəksiniz!"

Dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz