Axtarış...

ABB müştəriləri barmağına dolayıb - "Azərbaycan Beynəlxalq Bankı"ndan ŞİKAYƏT...

ABB müştəriləri barmağına dolayıb - "Azərbaycan Beynəlxalq Bankı"ndan ŞİKAYƏT...


“Azərbaycan Beynəlxalq Bankı”nın Sumqayıt filialında müştəri məmnuniyyətinə əhəmiyyət verilmir.

Millitv.az Yenicag.az-a istinadla xəbər verir ki, bununla bağlı “Regional Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Emil Maqalov bankda üzləşdiyi problemlə bağlı videomüraicət yayıb.

“Həftənin birinci günü QHT ilə bağlı hesabat açdırmaq üçün banka şəhadətnamə göndərmişdim. Həftənin üçüncü günü növbə götürərək banka müraciət edərkən növbəni səhv götürdüyümü qeyd etdilər. Bank əməkdaşı qeyd etdi ki, fiziki deyil, hüquqi şəxsəm və buna uyğun növbə götürməliyəm. Sahibkarların hesab açması üçün müvafiq olan bölmədən yenidən növbə götürdüm. Bu dəfə bank işçisi, “Mən indi məşğulam, əlimdə işim var. Gedin, sizi bir azdan çağıracağam”, – dedi. Daha sonra sənədlərimə baxan bank əməkdaşı bildirdi ki, indi gecdir, sabah gəlim. Səbəbini soruşanda dedi ki, “ASAN İmza”nız bu təşkilata qoşulmayıb.

Bankın şikayət və təkliflər bölməsinə məxsus Qaynar Xətti olan 937 nömrəsi ilə əlaqə saxladım. İki saata yaxın müddətdə şikayətimi izah edə biləndən sonra işçi mənə deyir ki, sizə göndərəcəyim linkə müraciət edərək şikayətinizi yaza bilərsiniz. Əməkdaşın nə işə baxdığını soruşanda isə, “Elə-belə, yola vermək üçün”, – cavabını aldım. Hirsimdən, “Mən əliləm. Göndərdiyiniz linkə daxil olub müraciət edə bilmirəm”, – dedim. Əməkdaş bildirdi ki, bu vəziyyəti öncədən deməliydim.

Bu gün mənim üç saatım getsə də, hesab açdıra bilmədim. “Azərbaycan Beynəlxalq Bankı”nın məsul şəxsləri bilməlidir ki, pul-hesab məsələsi oyuncaq deyil. Bu məsələlərdə oyun oynamaq olmaz. Bankdan xahiş edirəm ki, mənim problemimlə bağlı münasibət bildirsin və yol göstərsin”.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz