Axtarış...

Saleh Məmmədovun “adamı” kimi tanınan Raqub Həsənov Vətən müharibəsi qazisini işdən çıxardı – AÇIQLAMA – FOTOLAR

Saleh Məmmədovun “adamı” kimi tanınan Raqub Həsənov Vətən müharibəsi qazisini işdən çıxardı – AÇIQLAMA – FOTOLAR


Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qazisi, Lənkəran şəhər sakini Şahbazlı Asin Ulduz oğlu “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin direktoru Rüfət Həsənzadə tərəfindən səbəbsiz yerə işdən çıxarılıb.

Millitv.az xəbər verir ki, bu barədə Demokrat.az-a Asin Şahbazlı bildirib ki, onu Ramazan bayramı günündə işsiz qoyublar:

“İşdən çıxarılmağımın səbəbini soruşanda, hər hansı əsas göstərə bilmədilər. Deyildi ki, gedib hara şikayət edə bilirsən, elə. Dəfələrlə müraciət etsəm də, şikayətimə baxan yoxdur. Rüfət Həsənzadə atası Raqub Həsənova arxalanır. Uzun illərdən bəri Raqub Həsənov da yol tikintisi şirkətinə rəhbərlik edir, ata və oğul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələrini həyata keçirirlər.

Ancaq bütün baxmayaraq, dəfələrlə müraciət etsəm də, mənə heç iş verilmir. Bizi nə axtaran var, nə maraqlanan. Ümumiyyətlə heç nə ilə maraqlanmırlar. İşlə də təmin etmirlər. Kirayədə qalıram. Heç bir yerdən gəlirim yoxdur. Hara iş üçün gedirəm, deyirlər, dəlixanada yatmısan. Deyirəm ki, müharibədən qabaq normal insan olmuşam, Vətənə xidmət etmişəm. Konkret nə baxan, nə də axtaran var. Özüm də 2 ildir psixoterapik dərmanlarla yaşayıram. Hara müraciət edirəm, ancaq boş məktublar gəlir”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun “adamı” kimi tanınan Raqub Həsənov barəsində mediada mütəmadi olaraq ziddiyətli məlumatlar yer alır.

Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz