Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat Departamentinin 6 saylı Qobustan Nəqliyyat idarəsində 1000 -dən çox işçini heç bir səbəb göstərmədən işdən çıxarıblar.
MILLITV.AZ xəbər verir ki, səbəbsiz olaraq işdən çıxarılan 6 saylı Qobustan Nəqliyyat idarəsinin 2 saylı Ağsu nəqliyyat dəstəsinin işdən çıxarılan əməkdaşları bu gün Ağsu Rayon Məşğulluq Mərkəzinin qarşısında etiraz ediblər.
İşdən çıxarılan Ağsu sakinləri bildirirlər ki, oktyabr ayının 1-də rəhbərlikdə çalışan Ramin Bayramov onlara hələlik işə çıxmamalarını deyib. Bundan sonra, oktyabr ayının 14-də “Dost Xidməti”ndən idarəyə yoxlama gəlib. Gələn yoxlama işdə olmamalarını əsas götürərək, onlara iradlarını bildirib. Bundan sonra idarənin 43 nəfər fəhləsini işdən çıxarıblar.
İşçiər qeyd ediblər ki, departamentin texniki şöbəsinin müdiri Ramil Bayramovun tapşırığına əsasən işə gəlmədiklərini bildirsələr də, buna baxan olmayıb.
İşçilər bildirirlər ki, onları qanunsuz olaraq işdən çıxarmaq üçün oyun oynalınıb.
Qeyd edək ki, işdən çıxarılan fəhlələrin sentyabr, oktaybr və noyabr aylarının maaşları da SOCAR tərəfindən verilmir.
Qanunsuz olaraq işdən çıxarılanların arasında 10 nəfər Qarabağ müharibəsi iştirakçıları da var.MillətinSəsi.info