Axtarış...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...

“Binə” Ticarət Mərkəzinin rəhbəri Vətən müharibəsi qazisinin “belini qırıb” - İLGİNC İDDİALAR...


Millitv.az-ın məlumatına görə, GundemXeber.az xəbər portalının redaksiyasına Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsi, 8 Mart küçəsi, ev-47 ünvanında yaşayan və Qarabağ müharibəsi qazisi olan Veyisov İsmayıl Həbib oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətçi İsmayıl Veyisov qeyd edir ki, “2010-cu ildən “ARAZ AVİA” MMC-yə məxsus “Binə” Ticarət Mərkəzində yüksək gərginlikli elektrik xətləri üzrə elektrik montyoru vəzifəsinə işə daxil olub, bu yöndə əmək fəaliyyətinə başladım. Qeyd edim ki, 2015-ci ildə iş sahəsində işləyərkən ticarət mərkəzindəki trasformatorda güclü yanğın-partlayış hadisəsi baş verdi və belə bir səbəbdən də, bədənimin müxtəlif nahiyələrindən yanıq xəsarətləri aldım. Hadisə baş verən vaxt “Binə” Ticarət Mərkəzi rəhbərliyinin verdiyi tapşırıq əsasında məni Mərdəkan qəsəbəsində yerləşən, hansı ki, özlərinə məxsus olan “Kəbirə Məmmədova” klinikasına apardılar. Həmin vaxtlarda aidiyyatı dövlət qurumlarına heç bir məlumat vermədən, məni bu klinikada gizli şəkildə müalicə etdilər və baş verən hadisə barədə heç bir dövlət qurumuna məlumat verməməyimi də tapşırdılar. Məlumat verəcəyim təqdirdə isə, məni işdən qovacaqlarını bildirdilər. İşsiz qalacağımdan, eyni zamanda müalicə işlərini öz vəsaitim hesabına davam etdirə bilməyəcəyimdən ehtiyat edib, bu barədə bir kimsəyə nəsə demədim.
2019-cu ildə işdə olarkən ürəyimdə əmələ gələn ciddi narahatlığa görə həkimə müraciət etməli oldum. O halda çox keçmədi ki, həkimlərin təkidi ilə ürəyimə “stend” qoyuldu. Müalicə işləri başa çatdıqdan sonra işə çıxdım və çalışdığım sahədə əmək fəaliyyətimi davam etdirdim. Bir müddət sonra isə məni işə buraxmadılar və guya ki, mənim qayğıma qalırlar. Əslində onlar səhhətimdə əmələ gələn problemin varlığını bəhanə etdilər və lazımi əsas olmadan məni işdən azad etdilər. Düzdür, həmin vaxtlarda başqa işlə təmin edəcəklərini bildirsələr də, vaxt keçdikcə məni aldatdılar və son anda isə verdikləri vədə xilaf çıxdılar. Elə ki, aldadıldığımı başa düşdüm, o halda “ARAZ AVİA” MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etdim. Bu məhkəmənin hakimi Kamran Əsədov dəfələrlə məhkəmə prosessini uzatdı və sonda da, “ARAZ AVİA” MMC-nin rəhbərliyinin verdiyi sifariş əsasında mənim əleyhimə əsassız Qətnamə çıxartdı. Belə olan halda çıxarılmış Qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti etdim və hakim Rəşad Həsənovun sədrliyi ilə şikayətimə baxıldı. Bu məhkəmə instansiyasında oxşar mənzərə ilə üz-üzə qaldım və çıxarılmış Qətnamə qüvvədə saxlanıldı. Baxmayaraq ki, hakimlər Kamran Əsədov və Rəşad Həsənov mənim haqlı olduğumu, heç bir əsas olmadan işdən çıxarılmağımı bilirdilər. Hətta, onlar bu yöndə lazımi məhkəmə araşdırması aparacaqlarını, mənim hüquqlarımı müdafiə edəcəklərini dilə gətirmişdilər. Sonda isə hər iki hakim “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın verdiyi müəyyən məbləğ “haqq-hesab”ın qarşılığında hüquqlarımı pozub, mənim əleyhimə qərar qəbul etdilər. Bildirim ki, mən Qarabağ müharibəsi zamanı keçirilən döyüş əməliyyatlarında yaralanmışam. Hal-hazırda 2-ci qrup Qarabağ müharibəsi əliliyəm.
Onu da qeyd edim ki, Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları etdiyi çıxışları zamanı şəhid ailələrinin, qazilərin, müharibə veteranların qayğısına qalmağı, onların hüquqlarının müdafiə olunması yöndə hər kəsə lazımi tapşırığını versə də, hər iki hakim “Binə” Ticarət Mərkəzi rəhbərliyinin marağından çıxış etdilər. Mən ədalətin bərqərar olunmasına ümid edərək Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermişəm. Kassasiya şikayətimə Ali Məhkəmənin Mülki Kollegiyasında hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə baxılacaq”.
Bəli, bu Vətən müharibəsi qazisinin harayıdır, pozulmuş hüquqlarının bərpası yöndə apardığı haqq mübarizəsidir. İnanırıq ki, Qaradağ Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində Qarabağ müharibəsi qazisi, 2-ci qrup Qarabağ müharibəsi əlili İsmayıl Veyisovun hüquqları pozulsa da, Ali Məhkəmənin Mülki Kollegiyasında ədalətin bərpası yöndə qərar qəbul olunacaq. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzu diqqətimizdədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz