Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxın aylarda təqaüdə göndəriləcəyi ilə bağlı məlumatlar səslənir. Millitv.az bizimxeber.az-a istinadən bildirir ki, 1958-ci il təvəllüdlü Saleh Məmmədovun artıq 64 yaşı var.
1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3-saylı Yol Tikinti İdarəsində rəis olan Saleh Məmmədov 2017-ci ildən bu günə kimi Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri vəzifəsini tutur. Uzun və demək olar ki, vəzifə ilə dolu bir yol...
Bütün bu təcrübəyə baxmayaraq, onun fəaliyyəti ilə bağlı müxtəlif səpkili narazılıqlar mövcuddur. Regionlarda, əsasən Bakı kəndlərində üzun illərdir yolların baxımsız və təmirsiz qalması, məhəllə yollarına ümumiyyətlə nəzarətsilik, yalnız dövlət büdcəsindən ayrılan vəsaitləri gözləmək və sair hallar Saleh Məmmədovun yarıtmaz fəaliyyəti kimi əlaqələndirilir, onun vəzifədən uzaqlaşdırılmasını labüd edir.
21-ci əsdə Xəzər rayonunda küçə - Utanaq, yoxsa həzz alaq? - FOTOLAR » NUH informasiya agentliyi
Bu gün insanların işsizlik problemi ilə yanaşı daha böyük dərdi yolsuzluqdur. Yol dərdi bəlkə də bütün problemlərdən daha irəlidədir. Küçələri bərbad, baxımsız olan sakinlər ölkədə aparılan inkişafı necə görsün? Sosial etirazların səbəblərindən biri də yolların daha bərbad vəziyyətdə olmasıdır ki, biz bunun hər gün şahidi oluruq.
Elə bu səbəbdən də Saleh Məmmədovun vəzifədən uzaqlaşdırılacağına şəkk-şübhə yoxdur.
Məlumata görə, Saleh Məmmədov birlikdə işlədiyi yaxın qohumlarını vəzifədən uzaqlaşdırmaq niyyətindədir. Bu yaxınlarda qohumlar arasında müxtəqlif narazılıqların yarandığı ilə bağlı bəzi məlumatlar da var.