Axtarış...

Lənkəranda, Lənkəraçay hövzəsində yerləşən daş karxanası qanunlara məhəl qoymur - Video-fakt

Lənkəranda, Lənkəraçay hövzəsində yerləşən daş karxanası qanunlara məhəl qoymur - Video-fakt
Lənkəran rayonundan redaksiyamıza şikayət daxil olub. Sikayətdə deyilir ki, yaşadığımız ərazinin lap yaxınlığında Lənkərançay hövzəsində yerləşən daş karxanası həm səs-küy sarıdan, həm də, toz-torpaq sarıdan bizlərə problem yaşadır.
Qeyd olunan ərazidə olduq və bəzi video görüntülər götürdük. Qeyd olunan daş karxanasının 7 saylı magistral yol istismar idarəsinin rəisi Raqub Həsənova məxsus olduğunu bildirirlər. Qeyd edək ki, həmin daş karxanası əhalinin kompakt yaşadığı ərazidə yerləşir və olduqca insan faktorunun ziddinə fəaliyyət göstərir. Bundan əlavə çayın istiqaməti aparılan qazıntılar zamanı dəyişmiş, yerin təkinə əsaslı şəkildə ziyan dəymişdir. Hansı ki, bütün bunlar ekologiya haqqında qanunvericiliyin tələblərinə ziddir.

Raqub Həsənovun Ələt magistral yolundan başlayaraq Astara magistral yolunadək əraziyə nəzarət etdiyi bildirilir. Yəni bu yolun kənarında kimsə hər-hansı obyekt tikə bilməz. Yalnız Raqub Həsənovun razılığı əsasında bu ərazilərdə nə isə tikmək olar, yaxud ərazidə yerləşən obyektlərin ona məxsus olduğunu deyirlər.
Bu deyilənlərin nə dərəcədə real olub, olmadığını öyrənmək məqsədilə Raqub Həsənova telefon etdik. Ancaq Adı çəkilən şəxs xüsusi ironiya ilə çox ağır sözlər işlətməklə telefonu üzümüzə bağladı. Raqub Həsənov özünü ölkə sahibi zənn edirmi, yaxud hakimi mütləq hesab edirmi, onu deyə bilmərik. Ancaq bunu demək istəyirik ki, şəxsin işində xeyli sayda qanunazidd əməllər var və bunlar üçün etdiyimiz telefon zənglərindən yayınmaqdansa, yaxşı olardı ki, suallara aydınlıq gətirsin.
Mövzunu diqqətdə saxlayacayıq. Araşdırmalar davam edir.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Azerinfo.az informasiya şöbəsi.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz