Axtarış...

Vətən Müharibəsi iştirakçısı icra hakimiyyətinin qarşısında özünü yandırıb

Vətən Müharibəsi iştirakçısı icra hakimiyyətinin qarşısında özünü yandırıb

Goranboyda Vətən Müharibəsi iştirakçısı özünü yandırıb.

"Unikal"-ın məlumatına görə, hadisə Goranboy Rayon İcra Hakimiyyətinin qarşısında qeydə alınıb. 1996-ci il təvəllüdlü Sərdar Həsənov icra hakimiyyətinin qarşısında üzərinə benzin tökərək yandırıb. Dərhal S.Həsənov xəstəxanaya yerləşdirilib. Ona bədənin 2-3 dərəcəli yanğın diaqnozu qoyulub, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Sərdar Həsənov icra hakimiyyətinə bir neçə dəfə gəlib, onun şikayətinə baxmayıblar. Bu səbəbdən də özünü yandırıb.
Qeyd edək ki S.Həsənov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır.

Faktla bağlı araşdırma aparılır.
Text-to-Speech

DİNLƏ






Şərh yaz