Əvvəli ötən sayımızda
Boyundakı duzlardan necə qurtulmaq olar?Mütəxəssizlər boyunda duzların yığılmasını onurğa sütununun osteoxondrozu adlandırırlar. Onurğanın boyun hissəsi bədənin ən əhəmiyyətli hissələrindən olduğu üçün bu bölgədə pozğunluqlar bütün orqanizmdə ciddi narahatlıqlara gəririb çıxarır. Həmin hissə boyun, üz və kəllə sümüyü toxumalarını qidalandıran damar və sinirlərin cəmləşdiyi mərkəzdir. Bu səbəbdən də sinir uclarının əzilməsi, zəiflməsi nəticəsində baş ağrıları, ətrafların keyləşməsi, əzələlərin zəifləməsi, tez yorluma kimi problemlər meydana gələ bilər.
Boyun bölgəsinə tətbiq olunacaq təbii kompreslə bu narahatlıqların qarşısnı almaq olar. Kompresi hazırlamaq üçün kartof, bal, küknar yağı lazımdır. Sürtkəcin kiçik gözlərindən keçirilərək rəndələnmiş çiy kartof və bal 1:1 nisbətində qarışdırılır. Alınan məhlul boyun bolgəsinə və çiyin nahiyəsinə sürtülür.
Üstdən kompes kağızı qoyulur və izolə edilərək sarınır. Kompresi 2 saat ərzində saxlamaq, çıxardıqdan sonra onun yerini nəm salfet ilə silib küknar yağı ilə yağlamaq lazımdır. Müalicə kursu 7- 10 prosedurdur.
Revmatizm-orqanizmin ən böyük bəlasıYay mövsümü başa çatmaq üzrədir. Qarşıda bizi yağışlı- küləkli soyuq havalar gözləyir. Belə havaların isə ən qorxulu kabusu revmatizmdir. Bu, toxuma və oynaq xəstəliyidir.Revmatizmin iltihabsız və iltihablı formaları var.
Xəstəliyin iltihabsız formasında oynaqlarda deformasiya və incəlmə əmələ gəlir. İltihablı revmatızm isə mikrob tərədir. Daha ağır forması ürək qapaqlarında ürək mənşəli xəstliklərə gətirib çıxarır. Ona görə də revmatızmə adi xəstlik kimi baxmaq olmaz. Çox Ciddi bir patalogiyadır. Əgər bir insanda oynaq xəstəlikləri-dirsək çanaq oynaqlarında , onurğa sütunlarında, bəzən fəqərələrdə, ağrlar varsa, revmatizmim ələmətidir. Bu zaman beyin qan dövranı pozula, insanın hərəkət məhdudiyyəti arta, əllər və ayaqlarda şişkinlik, iltihab yarana bilər. Bu xəstliyin ən ağlr forması var ki, insan bu zaman ayağa qalxa bilmir. Ona görə də istənilən halda soyuqdan, istidən. Və rütubətdən qorunmaq vacibdir. Bu xəstəlyin formalarından asılı olaraq müalicəsi var. Sadəcə gecikdirmədən, tez müayinə olnaraq müalicəyə başlamaqla revmatizmi sağaltmaq mümkündür. Bu xəstəliyə tutulan adamlar çox fəal həyat tərzi keçirməlidirlər. Fiziki hərəkətləri artırmaq lazimdir. Əgər oynaqlarda aktivlik yaranarsa o zaman revmatizmə uyğunlaşma halları da azalar. Oynaq ağrıları güclü olduqda 2 kq dağ (Naxçıvan) duzu isidilərək pambıq parçaya bükülür, isti şəkildə diz və ya bel nahiyəsinə bağlanır. Və yaxud oynaqlara və bel nahiyəsinə gündə 2 dəfə qarazirə yağı çəkilir.
Və Yaxud 20 kq Naftalan nefti qızdırılır, elə bir qaba tökülür ki, ayaqlar içinə salındıqda neft dizdən yuxarı çıxsın. Gündə bir dəfə yarım saat müddətində ayaqlar neftin içində saxlanır. Naftalan nefti uzun müddət keyfiyyətini saxladığından onu 1 il istifadə etmək olar.
İmmunitetimizi necə gücləndirək?İmmunitet orqanizmin sahib olduğu bioloji mübadilədir. O, insan orqanizimin xəstliklərdən, mikroblardan və digər arzu olunmayan bioloji hücumlardan qoruyur. Adətən. İmmuniteti zəif olan adamlar infeksiya xəstəliklərinə daha tez yoluxurlar. Bunun üçün immun sisteminin güclü olması şərtdir. İmmuniteti əqdim edəcəyimiz sadə qarışıq vasitəsilə tez bir zamanda gücləndirmək mümkündür.
Aloe sirəsi- 100ml
Limon şirəsi -100 ml
Əzilmiş qoz ləpəsi-100 qr
Bal-100 qr
Bu məhsullar qarşıdırılır və otaq temproaturunda, qaranlıq yerdə 1 həftə boyunca saxlanılır. Hazır qarışıq gün ərzində 3 dəfə olmaqla 1-2 çay qaşığı miqdarında yeməkdən20-30 dəqiqə əvvəl qəbul edilir.İmmun sistemini güclündiran qidalar isə aşağıdakılardır.
[b]Taraxicum officinalis - dərman zəncirotu yarpağı (A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir);
Linum catharticum - kətan və Cucurbita - balqabaq toxumu (tərkibində liflərin çox olması ilə yanaşı, protein, linolein turşusu və digər vitaminlərlə, dəmir və manqanla da zəngindir)
Beta vulgaris - şəkər çuğunduru meyvə və yarpağı (antioksidant və qanyaradıcı xüsusiyyətə malikdir, eyni zamanda, tərkibində kalsium, dəmir, K və B qrupu vitaminləri vardır);
Petroselenum crispum - cəfəri (bor, flüor və kalsiumla zəngindir);
Apium graveolens - kərəviz (mineral və amin turşuların əsas mənbəyidir.
Veronica officinalis - bulaqotu (tərkibində mineral maddələr (yod) var);Mandarin (karotinoid və A vitamini ilə olduqca zəngindir);
Yaşıl noxud (tərkibində dəmir, fosfor, maqnezium, sink, mis və lifli maddələr olduqca çoxdur);
Yaşıl soğan (fosfor, mis, maqneziumla zəngindir və K vitaminin əsas mənbəyidir);
Çəhrayı qreypfrut (karotinoid və likopen piqmentlərindən və çoxlu polivitaminlərdən ibarətdir); Badam (tərkibində olan vitaminlər, xüsusən B17 vitaminindən ibarətdir);
İspanaq (A, C, E və B qrupu vitaminləri ilə dəmir, maqnezium, karotinoidlər, fosfor, yod mineralları və zülal baxımından olduqca zəngindir);Qırmızı bibər (A, C, E vitaminləri ilə boldur);
Reyhan (tərkibində efir yağı, vitaminlər, aşılayıcı və qatranlı maddələr var.
Ardı var
Nazilə Nəriman