Dağlıq Qarabağdakı separatçı qurum rəsmiləri girovluqda saxladıqları 3 Azərbaycan vətəndaşından yalnız birini azad etməyə hazır olduqlarını bildirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin xarici işlər nazirliyi”ndəın verilən açıqlamada Dilqəm Əsgərov və Şahbaz Quliyevin heç bir halda azad olunmayacaqları vurğulanıb.
“Humanitar jest olaraq Qarabağ ərazisində ağır və xüsusi ağır cinayətlər törətməmiş Azərbaycan vətəndaşı Elnur Hüseynzadənin vaxtından əvvəl azadlığa buraxılmasına baxa bilərik”- deyə açıqlamada deyilir. Qarşı tərəf bunun qarşılığında Azərbaycan əsirliyində olan 3 Ermənistan vətəndaşından 2-nin azad olunmasını da şərt qoyur.