2021-ci il 29 dekabr tarixində Bakı-Qazax yolunda avtomobil qəzası baş verib. Hadisə Bayramov Qoçaq Elxan oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı 99 DD 372 dövlət nömrə nişanlı və "Qazel" markalı 02 VT 271dövlət nömrə nişanlı iki avtomobil toqquşub.
"Sherg.az"ın xəbərinə görə, sürücü Q. Bayramov iddia edir ki, "Qazel"markalı avtomobil yoldan çıxaraq onun idarə etdiyi "Hyundai Sonata" ya çırpılıb. O bildirib ki, hər iki avtomobilin sığortası olsa da, qarşı tərəfin sığorta şirkəti avtomibilə dəymiş zərəri ödəməkdən boyun qaçırır:
"”Qazel”in sığorta şirkəti "Azərbaycan Sənaye Sığorta" ASC-dır. “Zazalı postu”nun dövlət yol polisi sənəd verib. Sənəddə günahkarın kim olduğu qeyd olunub. “Qazel” sürücüsü bunu etiraf edib. Onun adından həmin posta panel qaydasını pozduğuna görə 60 AZN cərimə də ödənilib".
Q. Bayramov "Azərbaycan Sənaye Sığorta" ASC – nin nümayəndəsi, departament direktorunun da hadisə yerinə gəlib baxış keçirdiyini və qarşı tərəfə bunun sığorta hadisəsi olmadığını bildirdiklərinə söyləyib.
"Azərbaycan Sənaye Sığorta" ASC-nin də mövqeyini dərc etməyə hazırıq.