Azərbaycanda bir çox bitki və meyvələrin təbabətdə istifadəsi, müalicə üsulları insanlara çoxdan məlumdur. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxaraq müasir elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Azərbaycan florasına daxil olan bitki və meyvələrin bir çoxunun dərman əhəmiyyətli olmasından hər kəs xəbərdar olsa da, hansının nəyə çarə olduğunu heç də hamı bilmir. Azərbaycanda qidalarda, çay qarışiqlarında, salata qatılaraq yeyilən və çox dərdlərə dərman olan bəzi bitki və meyvələrin şəfalı xüsusiyyətləri barədə ötən yazmızda məlumat vermişdik. Bu yazıda da insanları narahat edən problemlərin aradan qalxmasını təmin edən dərman bitkiləri, meyvələr və təbii qidalardan danışacayıq.
Yüksək yəzyiqi necə aşağı salmaq olar?Hər yaş qrupu üçün faydalı olan südün soyuqlama zamanı effektiv nəticə verdiyini görmüşük. Bəs qan təzyiqi olan xəstələrə faydası barədə bilirsinizmi? Mütəxəssislər süd və süd məhsullarının tərkibində qan təzyiqini normallaşdıran zülal, kalsium, fosfor kimi qida elementlərinin olduğunu və və ürək risqini azaltdığını deyirlər.
Onların fikrincə, hər gün süd içməklə ürəyin yükünü artıran və damarlara ziyan vuran hipertoniyanı aradan qaldırmaq mümkündür. Hipertoniya xüsusilə ürək, byrək, göz və beyinə qan aparan damarlarında zədə yaradır. Buna görə də təzyiq xəstələri başda olmaqla, yaşından asılı olmayaraq hər kəs gün ərzində iki sətəkan süd içməlidir.
Böyrəkləri təmizləyən cövhərXalq təbabətində orqanizmi təmizləmək üçün bir çox təbii cövhərlərdən istifadə olunur. Təklif etdiyimiz cövhər isə böyrəkləri duzlardan, qumdan çox yaxşı təmizləyir. Lakin nəzərə almaq lazımdır ki, böyrək daşı xəstəliyi olanlara bu cövhərdən istifadə etmək olmaz. Bu, daşların tərpənməsinə, sidik kanalına düşməsinə səbəb ola bilər. Cövhəri hazırlamaq üçün 5 dəstə cəfəri, 2 ədəd limon(qabiqlı) blenderlə əzilir. Üzərinə 1 litr qaynar su tökülür və 24 saat ərzində saxlanılır.
Daha sonra süzülür və gündə armudu stkanin yarısı qədər olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir. Nəticə heyrətləndirəcək.
Qaraciyəri təmizləyən çuğundur detoksuÇuğundur qanı artırmaqla yanaşı, həm də qaraciyəri təmizləyən faydalı tərəvəzdir. Ondan hazırlanan detoks bədəni toksinlərdən təmizləyir. Çuğundur ödün qatılığını azaldır və qaraciyərin yaxşı işləməsini təmin edir. Nanə isə ödün on iki barmaq bağırsağa çatmasının sürətləndirir. Bu təmizləyici vasitəni hazırlamaq üçün 1 ədəd çuğundur, yarım stəkan təzə nanə yarpağı, yarım limonun şirəsi, 1-2 litr təzə içməli su lazımdır.Çuğunduru yaxşıca yiyandan sonra dilimləmək və suyun içinə qoymaq lazımdır. Bir az gözləmək lazımdır ki, şirəsi suya çıxsın.
Sonda nanə yarpağı ilə limon şirəsini çuğundirlu suya əlavə etmək lazımdır. 24 saat soyuducuda saxlandıqdan sonra icilir. Bu işki 4 gün ərzində soyuducuda xarab olmadan qala bilər. Yay istiləri zamanı içinə buz ələvə edərək də içmək olar.