Kimyəvi dərmanların orqanizmin muqavimətini zəiflətməsi barədə deyilənlərin ciddi əsası var. Buna görə də insanların çoxu müalicə zəamanı bitki mənşəli dərmanlara daha çox üstünlük verir. Çünki dərman bitkiləri ilə müalicə çox qədim tarixi köklərə əsaslanır. Dərman bitkiləri qədim Misirdə müalicə məqsədilə çox geniş istifadə olunurdu. Dərman bitkilərinin müalicəvi xüsusiyyətləri ağızdan-ağıza, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər gəlib çatıb. Keçmiş dövrlərdə loğman və təbiblər bir çox insan və heyvan xəstəliklərinin profilaktika və müalicəsində dərman bitkilərinin yabanı və mədəni növlərini geniş tətbiq edirdilər. Yer kürəsində 20000 növ dərman bitkisi vardır.
Ərəb, hind, çin, tibet, iran xalq təbabətində və klassik tibdə dərman bitkiləri ilə müalicəyə geniş yer ayrılıb. Dərman bitkiləri xammal məqsədilə bitkilərin yarpaq, tumurcuq, ağac və kolların qabıqları, ot bitkilərinin yerüstü hissələri, yarpaq, kök və kökümsovları istifadə olunur. Bu hissələr xüsusi quruducularda, kölgədə yaxud günəşdə, havada qurudulur. Xalq təbabətində və müasir tibdə damotu, yemişan, məkkəgülü kimi bitkilər təzyiqsalıcı xüsusiyyətləri ilə ürək-damar sistemi xəstəliklərində tətbiq olunur.“Təbii şəfa mənbələri” rubrikamızda bitkilərin müalicəvi xüsusiyyətlərindən söz açacaq, müxtəlif meyvə və qidalardan hazırlanan kosmetik, cavanlaşdırıcı vasitələr barədə məlumat verəcəyik.
Diabet xəstəlik deyil, həyat tərzidir
Müşahidələr göstərir ki, ətraf mühit insan orqanizminə böyük təsir göstərir. Biz toksinlər və sərt kimyəvi maddələrlə çirklənmiş bir dünyada yaşayırıq. Onlar isə sağlamlığa olduqca təhlükəli təsir göstərirlər. Lakin insanlar müyyən qaydalara əməl etdikdə əksər xəstəliklərin onların həyatına mənfi təsirini təmamilə azalda bilərlər. Günümüzdə ən çox yayılan xəstəliklərdın biri diabet, el arasında deyildiyi kimi “səkər”dir. Dietoloqlar son illər qanda şəkəri tənzimləyən inanılmaz vasitə aşkara çıxarıblar. Həmin vasitəni hazırlamaq üçün sirkə, və qaynadılmış yumurta lazımdır. Hazırlanması: 1 yumurta bişənədək qaynadılır.
Bişdikdən sonra qabığı təmizlənir. Bir çəngəl və ya diş çöpündən istifadə edərək yumurta bir neçə yerdən deşilir. Bir bosqaba yumurtanı isladacaq qədər sirkə tökülür. Bişmiş yumurta bir gecə otaq tempraturunda saxlanılır. Səhəri gün bu yumurtnı yemək və üstündən bir stəkan ilıq su işmək lazımdır. Hər gün bu proseduru təkrar edən adamın qanındakı şəkərin səviyyəsi normallaşacaq. Proseduru səhər yemeyindən 1 saat əvvəl etmək lazımdır.
Babasili məhv edən zoğal.Son illər oturaq həyat tərzi keçirən, düzgün qidalanmayan insanlarda qəbizliyin yaranması və nəticədə babasilə çevrilməsinə tez-tez rast gəlinir. Bu ağrılardan qurtulmağın ən asan və sadə yolu isə yuyulub təmizlənmiş bir stəkan zoğalın tumu ilə birlikdə qəbul edilməsidir. Zoğalın mövsümü olmayan vaxtlarda qurudulmuş və ya dondurulmuş meyvədən də istifadə etmək olar. Zoğalı adətən yatana yaxın yemək lazımdır. Bu meyvəni bir neçə gün bir stəkan tumlu şəkildə yeyəndən sonra yara yoxa çıxır.
Vərəmdən kimyəvi dərmanlar olmadan asanlıqla qurtulmaq olarBu xəstəlik adətən soyuq mənzildə yaşayan, normal qidalanmayan insanlarda daha çox rast gəlinir. Yaxşı qidalanmayanda və nəmli şəraitdə yaşayanda xəstəlik sürətlə inkişaf edir. Ənənəvi tibdə xəstəlik adətən antibiotiklərlə müalicə olunur. Bu dərmanlar isə başqa fəsadlara səbəb ola bilir. Vərəmin bitkilərlə müalicəsi daha faydalı və məsləhətlidir. Təsir edən dərman bitkiləri antimikrob, antibakterial və immunitet gücləndiriricilər olmalıdır. Qeyd edək ki, bu xəstəlikdə bədənin çəkisinin artması vacib şərtdir.
Ud hindi-40 qram(çox güclü antimikrob təsiri var.)
Qarazirə -40 qram(bədəndə immun sistemini gücləndirir.)
Cüləm-60 qram(tərkibində həm arı südü, həm də çicək tozu olduğuna görə iştahı artırır, xarici təsirlərə qarşı müqaviməti gücləndirir)
Mayasarmaşığı qozaları 40 qram(vərəm çöplərinə öldürücü təsir göstərir.)
Zəncəfil 40 qram(pozulmuş qan dövranını bərpa edir, bədən soyuqluğunu aradan qaldırır, orqanların qidalanmasının yaxşılaşdırır.)
Adaçayı -40 qram(vərəm mikroblarını öldürür)
Bal -1 kq(ən yaxşı daşıyıcı və immunitet yükdəldicisidir
Nehrə yağı-1 kq(orqanizmin fiziki gücünün artması üçün əhəmiyyətlidir. )
Üyüdülmüş dəyirman ununun qovrulmuşu-0.5 kq(mineral itkisini bərpa edir və fiziki gücü artırır.)
Bu məcundan xəstəliyin ən ağır formasında gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı , xəstəliyin yüngül formasında isə gündə 2 dəfə yeməkdən əvvəl 1 çay qaşığı yemək lazımdır.