Axtarış...

Soyuqdəyməni müalicə edən UCUZ VASİTƏ



Kamfora yağı müxtəlif iltihablar və ağrılar zamanı istifadə olunan təbii müalicəvi vasitədir.

Kamfora yağı soyuqdəymənin müalicəsində çox uğurla istifadə olunur.

Millitv.Az saglamolun.az-a istinadən bildirir ki, soyuqdəymənin ilk simptomlarında 10 damcı kamfora yağı əlavə olunmuş isti vanna qəbul etmək yaxşı effekt verir.

Soyuqdəymənin simptomlarından biri zökəmdir. Zökəm zamanı burnunuza kamfora yağını (1-2 damcı) damızdırın.

Kamfora yağı bronxit və öskürəyi də yaxşı müalicə edir. Kamfora yağında əski isladın, döş qəfəsinə qoyun və yun şərf və ya şalla bədəninizə bərkidin. Belə kompresi yatmazdan əvvəl etmək lazımdır. Xəstə bu kompreslə yatmalıdır.

Kamfora qulaq iltihabı zamanı (otit) da çox yaxşı kömək edir. Bunun üçün tənzif kamfora yağında isladılır (yağı əvvəlcədən isti suda bir qədər isindirin), qulağın ətrafında (qulağın içinə yox!) kompres şəklində qoyulur. Daha sonra qular qalın pambıq qatı ilə örtülür və üzərinə tənzif sarıq qoyulur. Kompresi 2 saat ərzində saxlamaq lazımdır. Nəzərinizə çatdıraq ki, belə kompres yalnız xəstəliyin əvvəlində müsbət effekt verə bilər. Belə kompresləri uşaqlara da qoymaq olar. Lakin bunu etməzdən əvvəl mütləq pediatrla məsləhətləşin.
Text-to-Speech

DİNLƏ






Şərh yaz