Papua-Yeni Qvineyada rixter cədvəli üzrə 7,7 bal gücündə zəlzələ baş verib.
Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Kokopo şəhərindən 47 km məsafədə, yerin 10 km dərinliyində yerləşib. Zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.