Britaniyalı alimlər “Psychosomatic Medicine” jurnalında depresiyadan qurtulmağın yollarına aid elmi məqalə dərc ediblər.
“Ölkə.Az” xəbər verir ki, sağlam pəhriz tətbiq edən insanlar pis əhval-ruhiyyədən və xroniki depresiyadan yağlı və zərərli qida qəbul edən insanlara nisbətən daha tez qurtulurlar.
Londondakı Kral Kollecinin alimi Brendon Stabbs məsələ ilə bağlı deyib:
“Növbəti dəfə sübut etdik ki, həyat tərzini dəyişmək insanlara pis əhval-ruhiyyə və depresiya ilə mübarizə aparmağa kömək edir. Bizim analizlərə əsasən, pasient təkcə pəhrizi dəyişmək yox, eyni zamanda idmana da başlayırsa, daha güclü effekt əldə edə bilir”.
Xroniki depresiya ən geniş yayılmış və mürəkkəb psixi pozğunluq sayılır. Bir qayda olaraq, xroniki depresiyanın yaranması həyata marağın itməsi, özgüvənin azalması, apatiya və digər neqativ effektlərlə müşayət olunur.