Axtarış...

Azərbaycanda şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR

Azərbaycanda şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR

Azərbaycanda artıq bir aydır ki, şəkərli diabetdən əziyyət çəkən xəstələrin istifadə etdiyi "GLUCOVANCE" dərmanının bir növü satışdan yığışdırılıb, depolarda da tapılmır.

Unikal.org xəbər verir ki, xəstələr "Glucovance 500 mg/5 mg Tablets" preparatını tapa bilmirlər. Belə ki, sözügedən dərman apteklərə gətirilmir, depolarda tapılmır, xəstələrin tələbatına baxmayaraq nə vaxt gətiriləcəyi də məlum deyil. Apteklər isə sifarişlərini verib gözləyirlər.

Məsələ ilə bağlı "Azərfarm" LTD-yə müraciət etsək də,adıçəkilən dərmanın tapılmaması və problemin nə zaman aradan qaldırılacağı haqqında məlumat verilmədi.

Qeyd edək ki, bu dərmanlar şəkərli diabet və qalxanvari vəzin xəstəlikləri kimi endokrin xəstəliklərin müalicəsi üçün istifadə edilir.
Azərbaycanda şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz