Latın Amerikası ölkələri başda olmaqla bu gün dünyada sürətlə yayılan donuz qripinə qonşu ölkələrdə yoluxanların sayı artmaqda davam edir. Qabaqlayıcı tədbirlər vaxtında görülməzsə, ölümə səbəb olan H1N1 virusundan qorunmaq üçün immun sistemini gücləndirmək lazımdır.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, donuz qripindan qorunmaq üçün düzgün qidalanmaq və gigiyenik qaydalara riayət etmək lazımdır. Bu qaydalara əməl etmək immun sistemini gücləndirir. İmmun sisteminə ən çox təsir edən məqamlar – qidalanma, stress və yuxudur.
Fol turşusu, B6, C, E vitaminləri, beta-karoten, sink, Omega-3 immun sistemini gücləndirmək üçün vacibdir. Bəs bu maddələri hansı qidalardan qəbul edə bilərik?
B6 vitamini – toyuq, balıq, banan, kartof, brokoli, ispanaq, quru meyvələr
C vitamin – cəfəri, bibər, kivi, yaşıl yarpaqlı tərəvəzlər, portağal
E vitamin – quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, bitki tərkibli yağlar
Fol turşusu – brokoli, quru meyvələr, yaşıl yarpaqlı tərəvəzlər, paxlalı bitkilər
Beta-karoten - kök, şaftalı, narıncı-sarı meyvələr, brokoli, ispanaq, şüyüd, cəfəri
Sink – dəniz məhsulları, qırmızı ət, paxlalı bitkilər
Omega 3 - Yaşıl yarpaqlı bitkilər və balıq
Bunlardan əlavə gündəlik qida rasionunuza soğan, sarımsaq, zəncəfili əlavə edə bilərsiniz. Bununla da qış aylarında bədəninizin ehtiyacı olan dəstəyi təbii yollarla əldə etmiş olacaqsınız.
Donuz qripindən qorunmaq üçün Türkiyənin məşhur həkimi, professor Canan Karatay bəzi təkliflər irəli sürüb. O bildirib ki, sağlam qidalansanız, süni, fabrik məhsulları yeməsəniz, trans yağlarla hazırlanan qidalardan uzaq dursanız xəstələnməzsiniz.
Həkim bildirir ki, zeytun yağını yandırmadan yesəniz, heç bir problem olmaz. Zeytun yağının tərkibində Omega-3 olduğunu deyən C.Karatay onu ana südünə bənzədir.
"Səhər yeməyindən əvvəl bir yemək qaşığı zeytun yağı içə bilərsiniz. Ancaq içdiyiniz yağın təbii olması vacibdir. Mütəmadi olaraq qəbul etsəniz, həm immun, həm də həzm sisteminiz güclənər”.