"Favipiravir" adlı dərmanı 750 manata satırlar”.
Millitv.Az qaynarinfo-ya istinadən xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu koronaviruslu xəstələrin müalicəsində istifadə olunan dərman preparatlarının çatışmazlığından danışarkən deyib. Onun sözlərinə görə, pandemiya ilə mübarizədə istifadə olunan dərmanların bəzilərini qara bazarda tapmaq olur:
"Dərman çatışmazlığından, qara bazarda dərman satışlarından məlumatlar gəlir. Belə məlumatları nə ikinci, nə üçüncü deyil, elə birinci şəxslərdən alıram. "Favipiravir" adlı dərmanı 750 manata satırlar".
Məsələni araşdırmaq üşün Bakı şəhərində fəlaiyyət göstərən apteklərdə müraciət etdik. "Depo", "Zəfəran", "Nar", "Planet" və s. apteklərdən "Favipiravir" adlı dərmanın hazırda satışda olmadığını və bir müddət bundan öncə qutardığını bildirdilər.
Qeyd edək ki, bundan əvvəl jurnalist Şəmşad Ağa da bu mövzuya toxunub:
"Artıq koronavirus ölkədə mənfi nəticələrini göstərir və sonucun necə olacağını heç kəs proqnozlaşdıra bilmir. Amma dəhşətlisi odur ki, COVİD19-a qarşı effektiv sayılan preparatlardan biri - "Favipiravir" ölkədə apteklərdə tapılmır, əl altdan 450-500 manata satılır. Xatırlayırsınızsa, xəstəlik Azərbaycanda yenicə yayılanda indi apteklərdə 7-14 manata satılan "Arbidol" 100-150 manata satılırdı. İndi biri izah etsin görək, bu ölkədə 500 manata "Favipiravir" ala biləcək neçə adam var? Bu nə nəzarətsizlik və özbaşınalıqdır? Bəs bu dərman monopoliyası ilə məşğul olanlarda heçmi vicdan qalmayıb? Axı 3 gün bundan əvvəl övladlarını müharibəyə göndərən insanlara bu soyğunçuluğu necə rəva görürlər? Bu soyğunçuluqla erməni işğalçılarının Ağdamı, Füzulini, Cəbrayılı və s. soyub dağıtmaları arasında heç bir fərq yoxdur...”