Axtarış...

​Əfqanıstanda KİV-in fəaliyyətinə icazə veriləcək - Taliban

​Əfqanıstanda KİV-in fəaliyyətinə icazə veriləcək - Taliban
Taliban sözçüsü Zabiullah Mücahid Əfqanıstanda söz və mətbuat azadlığına hörmət ediləcəyini vəd edib.

Millitv.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, Mücahid bildirib ki, informasiya azadlığı cəmiyyət üçün faydalı olacaq və eyni zamanda liderlərin səhvlərini düzəltməyə kömək edəcək.

Xatırladaq ki, 1996-2001-ci illərdə Əfqanıstanda "Taliban" hakimiyyəti dövründə yalnız təbliğat və dini proqramlar yayımlayan radiostansiya (Radio Charia) istisna olmaqla, bütün kütləvi informasiya vasitələri qadağan edilmişdi.
Text-to-Speech

DİNLƏ






Şərh yaz