Əfqanıstanın Qəndəhar əyalətindəki Spin Boldak rayonunda yolun kənarında yerləşdirilmiş bombanın partladılması nəticəsində 3 azyaşlının həlak olduğu bildirilir.
AZƏRTAC ToloNews saytına istinadla xəbər verir ki, partlayış daha 23 insanın, o cümlədən 6 uşağın yaralanmasına səbəb olub. Xəstəxanaya çatdırılan yaralılardan yeddisinin vəziyyətinin çox ağır olduğu bildirilir. Yerli polisin məlumatına görə, Pakistanla sərhəddə yerləşən bu rayonun mərkəzindəki bazarda baş vermiş terror aktı səhər saatlarında törədilib.
Terror aktı ilə bağlı məsuliyyəti heç bir silahlı qruplaşma, o cümlədən “Taliban” hərəkatı öz üzərinə götürməyib.