Əfqanıstanda 14 yaşlı qız gözü önündə valideynlərini öldürən Taliban terrorçularını güllələyib.
Axar.az xəbər verir ki, terrorçular hökumətlə əlaqədə olduğu üçün Qor əyalətindəki kənddə yaşayan şəxsin evinə soxularaq, zorla həyətə çıxarıb güllələyiblər. Onun xanımı da yoldaşını müdafiə etmək istəyərkən güllələnib.
Öldürülənlərin 14 yaşlı qızı Kəmər Gül atasının gizlətdiyi AK-47 avtomatını götürərək ilk öncə valideynlərini öldürənləri məhv edib, daha sonra digərlərinə atəş açaraq bir neçə nəfəri yaralayıb.
Hadisə yerinə gələn Əfqanıstan hərbçiləri qızı və kiçik qardaşını təhlükəsiz yerə köçürüblər.