Əfqanıstanda hərbi vertolyot qəzaya uğrayıb.
Millitv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində, Fərəh vilayətində baş verib.
"Pajhwok" agentliyi qəza nəticəsində ölənlərin olduğunu istisna etmir.
"1TV" telekanalı xəbər verir ki, vertolyotun göyərtəsində 20 nəfər, o cümlədən vilayət şurasının rəhbəri olub.
Digər təfərrüatlar barədə məlumat verilmir.