Axtarış...

Əfqanıstanda həbsxanaya hücum edilib, 20 nəfər ölüb

MilliTV.az

Əfqanıstanda həbsxanaya hücum edilib, 20 nəfər ölübƏfqanıstanın şərqindəki Nəngərhar vilayətinin inzibati mərkəzi olan Cəlalabad şəhərində yerləşən həbsxanaya silahlı şəxslər tərəfindən hücum edilib.

1TV telekanalı mənbələrinə istinadən hücum zamanı azı 20 nəfərin öldüyünü məlumat verib.

Bundan əvvəl, “TOLOnews” telekanalı hadisə nəticəsində 5 nəfərin öldüyünü, 42 nəfərin isə yaralandığını məlumat vermişdi.

Əvvəlcə terrorçu-kamikadze bomba yüklü avtomobilini Cəlalabad həbsxanasının yaxınlığında partladıb. “TOLOnews” isə yaraqlıların məhz bu partlayış nəticəsində binaya daxil ola bildiklərini qeyd edib.
Text-to-Speech

DİNLƏ






Şərh yaz