Axtarış...

Əfqanıstan hökumətindən BMT TŞ-na ÇAĞIRIŞ

Əfqanıstan hökumətindən BMT TŞ-na ÇAĞIRIŞ


Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdulla BMT-ni ölkədəki vəziyyəti müzakirə etmək üçün Təhlükəsizlik Şurasının təcili iclasını keçirməyə çağırış edib.

A.Abdulla bu barədə “Twitter” səhifəsində yazıb.

Ali Şurasının sədri bildirib ki, Rusiya, ABŞ, Çin və Pakistanın xüsusi nümayəndələri ilə Dohada keçirdikləri görüşlərdə Əfqanıstan probleminin hərbi həllinin olmadığını açıq şəkildə ifadə edib: “Tərəflərin heç biri hakimiyyətin zorla ələ keçirilməsini tanımadıqlarını və sülh danışıqlarını sürətləndirməkdə israr etdiklərini söylədilər. Əfqanıstanda cari hadisələri müzakirə etmək üçün təcili olaraq BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasını keçirmək lazımdır”.

Qeyd edək ki, çərşənbə axşamı Dohada Əfqanıstanın sülh nizamlanması ilə bağlı bir sıra görüşlər başlayıb. İştirakçı ölkələr Əfqanıstanda hökumət qüvvələri ilə “Taliban” hərəkatı arasındakı toqquşmalar nəticəsində yaranmış vəziyyətin gərginləşməsi fonunda sülh yolu ilə nizamlanmanın perspektivlərini müzakirə ediblər. Görüşlərdə Abdullanın başçılıq etdiyi Kabul heyəti də iştirak edib.


Daha çox xəbər

Şərh yaz