Axtarış...

ABC Telekomda ciddi problemlər var- Şirkətin sahibi Azər Süleymanov alıcıların hüquqlarını pozur

ABC Telekomda ciddi problemlər var- Şirkətin sahibi Azər Süleymanov alıcıların hüquqlarını pozur

Bir dəfə qeyd etmişik və yenidən qeyd etmək məcburiyyətindəyik ki, Azərbaycanda istehlakçıların hüquqları elementar səviyyədə qorunmur.
Yəni istehlakçı-müştəri-istifadəçi ilə istehsalçı-xidmətçi arasında müqavilə imzalanır və qarşılıqlı öhdəliklər götürülür.
Loru dildə desək qaz satanla qaz istifadəçisi, elektrik enerjisi satanla vətəndaş, su satanla su istifadə edən arasında ciddi müqavilə imzalanır.
İstifadəçi, yəni istehlakçı vaxtında istifadə etdiyi məhsulun pulunu ödəyir, qarşı tərəf isə vaxtlı-vaxtında istehlakçını keyfiyyətli məhsulla təmin edir.
Bəs onda necə olur ki, işığın, suyun, qazın pulu bitən kimi qaz, işıq, su kəsilir, ən yaxşı halda istehsalçı istehlakçını məhkəməyə verib ödəniş tələb edir.
Bəs onda niyə, külək əsəndə kəsilən internetə, qar yağanda kəsilən qaza görə istehlakçı qarşı tərəfi məhkəməyə verə bilmir?
Bax, ən böyük qanunsuzluq və ədalətsizlik budur.
Bu məsələ təkcə qazla, işıqla, su ilə, internetlə bağlı deyil. Bütün sahələrdə belədir.
O cümlədən ABC-telekom şirkətində. Bu şirkət vətəndaşlara mobil telefon satır. Bəzən müştəri təzə telefon ala bilmədiyi üçün az istifadə olunmuş telefon alıb pulunu ödəyir. Az müddətdən sonra telefon bağlanır. Müştəri günlərlə şirkətə gedib-gələndən sonra bəlli olur ki, kimsə həmin telefonu kreditə götürüb və ödəyə bilmədiyi üçün ABC-Telekoma satıb. Şirkət isə həmin telefonu müştəriyə satıb. Və kreditə görə telefon bağlanıb. Bunu telefon alan müştəriyə nə dəxli var ?
Şirkət isə deyir ki, bu problemin bizə dəxli yoxdur. Belə müştərilər yüzlərlədir. Yəni ABC şirkəti bir neçə ay sonra bloklanacaq mobil telefonları bilərəkdən müştərilərə satır. Bu açıq-aşkar cinayə əməlidir.
Yaxud Kontak Home mağazalar şəbəkəsinin satdığı telefonlar xarab olanda ABC şirkəti servis xidməti göstərir. Niyə, nə üçün və hansı məqsədlə ?
Bunu tərəflər özləri bilir.
Ancaq problem odur ki, Kontak Home-nin müştərisinin aldığı telefon xarab olanda müştəri iki şirkət arasında qalır, bilmir ki, hara üz tutsun.
Digər çox ciddi qanun pozuntusu da var.
ABC-nin nisyə, yaxud kreditlə satdığı telefonları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesabalama Mərkəzi BLOK-laya bilir. Niyə ?
Axı, nazirliyin Hesablama Mərkəzinin nə ixtiyarı var ki, mobil telefonu bloklasın ?
Görəsən ABC-Telekom şirkətinin sahibi Azər Süleymanova bu səlahiyyəti kim verib ki, vətəndaşların hüquqlarını pozsun.
Araşdırmamız davam edir. Bizi izləyin.
gundelik baki


Daha çox xəbər

Şərh yaz