Axtarış...

Yeni qərarla işıq və qaz pulu necə hesablanacaq?

Yeni qərarla işıq və qaz pulu necə hesablanacaq?


Tarif Şurası təbii qazın və elektrik enerjisininn ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar verib.

Rl.tv ARB TV-yə istinadən xəbər verir ki, qərara əsəsən bu kommunal sahələrdə əhali üçün müvafiq kvota müəyyənləşdirilib.

Elektrik enerjisinin aylıq istehlak həcminin 250 kVts-a qədər olan hissəsi köhnə tariflə - yəni 7 qəpik, aylıq istehlak həcminin 250 kVts-dan çox olan hissəsi isə 11 qəpiklə hesablanacaq. Qeyri-əhali üçünsə elektrik enerjisinin tarifi 9 qəpik olub. Qazın illik istehlak həcminin 1500 m3 -dək olan hissəsi üçün köhnə tariflə - 100 manat, istehlak həcmi 1500 m3 -dən çox olan hissəsi isə 200 manat müəyyən edilib.

Qərar dekabrın 1-dən qüvvəyə minəcək. Yeni tarif sistemi ölkədə ilk dəfə komunal sahədə differensiallaşma və optimallaşdırmanın tətbiqidir. Azərbaycanda bəzi kommunal xidmətlər sahəsində tətbiqinə başlanan differensial ödəniş sistemi artıq bir çox ölkələrdə istifadə edilir.

Mütəxəssislərin fikrincə bu cür ödəniş sisteminin tətbiqi istehlakçılar arasında qaz və elektrik enerjisindən istifadə zamanı israfçılığın aradan qaldırılmasına həmçinin paylayıcı şəbəkələrin üzərinə düşən gərginliyin həcmini azaltmağa xidmət edir.
Text-to-Speech

DİNLƏ






Şərh yaz