Axtarış...

“Sakinlərin bizə 2 milyon manat borcu var” - AAAF -DAKI VƏZİYYƏT İCRA HAKİMİYYƏTİNDƏ MÜZAKİRƏ OLUNDU



AAAF Parkda yaşayan sakinlərin şirkətə istiliyə görə, 600 min manat, ümumilikdə isə istilik, qaz, və sayğaca görə, 2 milyon manat borcu olduğu bildirilir. 600 min manat corcun yaranmasına səbəb isə şirkətin yaşayış kompleksində yaşayanlara istilik verməsi üçün qurduğu qazanxanaya görədir.

FED.az xəbər verir ki, şirkət, əhalinin qaz problemlərini həll edilənə qədər qazanxana qurub. Sakinlərin bəziləri isə bu borcu ödəmək istəmir. AAAF Park rəsmisinin sözlərinə görə, əslində yaşayış kompleksinin qazanxana ilə təmin edilməsi nə layihədə, nə də vətəndaşlarla bağlanan müqavilədə göstərilməyib. Lakin onlar əhalini istiliklə təmin etmək üçün bu addımı atıblar.

“Sakinlərin yalnız 15-20%-i qazanxanadan verilən istiliyə görə, ödəniş edib. 600 min manat heç də kiçik rəqəm deyil. Qaz probleminin həll olunması üçün sayğaclar alınmalıdır. Amma insanlar sayğacların pulunu vermirlər. Halbuki bu müqavilələrdə yazılmışdı. Sayğacları biz özümüz alıb insanlara vermişdik imkan yaratmışdıq ki, ödənişini bir neçə dəfəyə etsinlər. Amma onda da borc yarandı. Odur ki, şirkətin ciddi maliyyə problemi yarandı. Sakinlərin hamısı da olmasa, böyük hissəsi ödəniş etmək istəmirdilər. Biz də çalışdıq ki, vətəndaşlara izah edək ki, bizim imkanlarımız da sonsuz deyil. Odur ki, indi insanlar başlayıblar yavaş-yavaş ödənişlərini etməyə. İcra hakimiyyəti ilə görüş də bu xarekter daşıyırdı”- deyə AAAF Park-ın mətbuat xidmətindən FED.az-a bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl AAAF Park Yaşayış Kompleksinin bir qrup sakininin tələbi və iştirakı ilə Abşeron Rayon İcra Hakimiyyətində icra başçısı xanım İradə Gülməmmədovanın da qatıldığı görüş keçirilib. Təqdim olunan sənəd-sübutların analizindən sonra bir daha müəyyən olunub ki, AAAF Parkda yaranmış mövcud problemlərin səbəbi əksər sakinlərin müqavilə öhdəliklərindən yaranan borclarını ödəməmələri və şirkəti maddi sıxıntılara salmalarıdır. Bütün bunları nəzərə alan xanım başçı İradə Gülməmmədova şirkətə və sakinlərə iradını bildirib. Həmçinin sakinlərin ödənişlərini vaxtlı-vaxtında etmələrini xahiş edib, əlavə olaraq növbəti dəfə qeyri-qanuni aksiyalar təşkil edərək təxribata yol verəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqlarını elan edib.

Şirkət rəsmisinin sözlərinə görə, hazırda AAAF Parkın işıq və su problemi öz həllini tapıb.

“Artıq işıq problemi yoxdur. Yüklənmə çox olurdu ona görə, ışıqlar sönürdü. Bir vacib məqamı qeyd edim ki, AAAF Parkin Xırdalanın bir hissəsidir. Yəni Xırdalandan kənar bir yer deyil. Ümumiyyətlə Xırdalan şəhərinin özündə işıq , su problemləri var. Xırdalana gələn işıq xəttinin biri elə AAAF Parkla gələn xətdir. Bəzən elə olurdu ki, Xırdalanın yarısında işıq olmurdu. Amma hamı yazırdı ki, AAAF Parkda işıq yoxdur. Halbuki Masazıra qədər işıq olmurdu”-deyə AAAF Park-ın mətbuat xidmətinin əməkdaşı Kənan Məstəliyev bildirib.

Onun sözlərinə görə, ötən gün yaşayış kopmpleksində 12 saylı küçəyə qaz verilib. Ondan 15 gün əvvəl isə B kompleksi qaz ilə təchiz olunub. Kompleksin növbəli şəkildə qaz ilə təchiz edildiyi bildirilib.

“Orta hesabla hər iki həftədən bir, bir böyük küçəyə qaz veririk. Bu elə də asan iş deyil çünki bunun sənədləşməsi , sayğaclaşması var. Bu prosedur vaxt tələb edir. Sakinlərin də haqlı iradları olur. Misal olaraq tikintinin gecikdirilməsi ilə bağlı iradlar olub. Biz də bunu etiraf edirik bəli bizdə də gecikmələr olur. Günahı da üstümüzdən atmırıq” ”-deyə Kənan Məstəliyev bildirib.

Bildirilir ki, azırda işlər qaydasına düşmək üzrədir. Həmçinin qış mövsümü ərzində kopmpleksin tam qazla təchiz olunacağı qeyd olunur.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz