MilliTV.az
2 yanvar general Hacı Qasim Süleymaninin şəhid olmasının ilk ildönümüdür və İranın müxtəlif şəhərlərinin əhalisi ilə birlikdə dünya azadlıqsevərləri koronavirus şəraitinə rəğmən mümkün olan hər hansı bir şəkildə bu böyük şəhidin xatirəsini əziz tutmağa çalışırlar. Bu arada İran Azərbaycanının halı və vəziyyəti fərqli və daha möhtəşəmdir. Təbriz və Azərbaycanın digər şəhərlərinin əhalisi Şəhid Süleymaniyə şəhid olandan sonra deyil, bu böyük insanın müqavimət cəbhəsinə başçılıq etdiyi zamandan bəri ona hörmət etməyə və məqamını uca tutmağa başladı.
2018-ci, xüsusilə 2019-cu ilin Məhərrəmlik ongünlüyündə Təbrizdə olan hər kəs bu şəhərin sakinlərinin xeyirxahların sərdarına olan eşq və məhəbbətini görmüş olmalıdır. Həmin günlərdə Hacı Qasim Süleymani hələ müqavimət cəbhəsinin komandiri olaraq İŞİD terrorçularına qarşı mübarizə apararkən Təbriz əhalisi şəhərin küçələrində bu mifik qəhrəmanın böyük şəkillərini quraşdırmışdı və o günlərdə az məddah və çıxışçı tapmaq olardı ki, Hacı Qasim Süleymaninin qəhrəmanlığından və şücaətindən danışmasın.
Hacı Qasim Süleymaninin şəhid olmasından əvvəl Təbriz camaatı hərəm müdafiəçiləri şəhid Mahmud Rza Beyzai, şəhid Kənani, Hamed Cavani və s. kimi Şərqi Azərbaycan şəhidlərinə anım mərasimi keçirmək istədikdə Hacı Qasim Süleymaninin şəklini də həmin şəhidlərin yanına qoyurdu. Çünki o, canlı bir şəhid kimi tanınırdı və həqiqətən də Süleymani sağlığında canlı bir şəhid idi. İslam inqilabının Ali Rəhbəri də Kerman şəhərinə (Şəhid Süleymaninin doğulduğu yer) səfəri zamanı bu mövzuya toxunur. Maraqlıdır ki, Təbriz İran İslam Respublikasında Sərdar Süleymaninin şəhid olmasından dərhal sonra yürüş keçirməyə qərar verən ilk şəhərdir. Və hələ ölkə rəhbərliyi Hacı Qasim Süleymaninin şəhid olduğu gün ölkə boyu yürüşün keçiriləcəyi barədə qərarını elan etməmişdən bir neçə saat əvvəl Təbriz əhalisi həyəcanlı yürüşə hazır idi və Təbriz əhalisinin bu əzəmətli yürüşü hər bir şeydən çox İnqilab rəhbərinin və o şəhidin ailəsinin kədərinə təsəlli oldu.
İslam İnqilabının Ali Rəhbəri Təbriz xalqının şərəfli yürüşündən bir müddət sonra şəhid ailəsinə müraciət edərək onların inqilabi fəaliyyətlərini təriflədi: "Bu gün gördünüz! Doğrudur, Hacı Qasim Kermanda yaxşı tanınır. Bu gün Kermanda küçələrə çıxan bu izdiham qəribə deyildi, bəs Təbriz? Təbrizi gördünüzmü? Nə izdiham! Nə qədər sədaqət hissi! Təbrizlilər necə göz yaşlarını tökürdülər! Təbriz küçələrində milyonlarla insan kütləsinin yürüşü! Bunlar gözümüzün önündəki nemətlərdir.”
Ötən il ərzində də Təbriz və Azərbaycanın digər şəhərlərinin əhalisi Şəhid Süleymaninin xatirəsini və adını qeyd etmək üçün hər fürsətdən istifadə etdilər, çox sayda əzadarlıq mərasimləri, mədəni müsabiqələr, elmi konfranslar keçirildi və Hacı Qasim Süleymaninin adına xeyirxah işlər görüldü. Hətta son zamanlarda profilaktik tədbirlər və Covid 19 xəstəliyi ilə mübarizə "Şəhid Süleymani layihəsi" şəklində həyata keçirilir ki, bu da xalqın bu şəhidin adına olan marağının onların bu layihəni geniş qəbul etməsinə və layihənin uğurlu olmasına səbəb olmuşdur.
Əlbətdə ki, Azərbaycan əhalisinin Şəhid Süleymaniyə olan məhəbbəti və eşqi birtərəfli münasibət deyildi və bu böyük şəhid də Azərbaycan və Təbriz əhalisinə, xüsusən də bu bölgənin şəhidlərinə çox bağlı idi və əslində şəhid Bakiri və şəhid Təcəllayi kimi şəhidləri Azərbaycan əhalisi ilə şəhid Süleymani arasında mənəvi bağlılığın əsas körpüsü hesab etmək olar. General Süleymani 2012-ci ildə Ləşkəri-Aşuranın cəsur komandiri Şəhid Mehdi Bakirinin anım mərasimində çıxış etmək üçün Təbrizə səfəri zamanı Təbriz xalqına olan sevgisini və sədaqətini ifadə etdi və Şəhid Bəkrinin onun sevimlisi olduğunu bildirdi. Və bəlkə də bu sevgi bu böyük şəhidin kağıza yazdığı son cümlə və duanın Şəhid Bakirinin vəsiyyətində eyni məşhur dua olmasına səbəb oldu.
Şəhid Bakiri 1984-cü ildə vəsiyyətində yazırdı: "İlahi, məni pak qəbul et!” və 35 il sonra, 02.01.2020 tarixində General Hacı Qasim Süleymani şəhid olmasından bir neçə saat əvvəl Suriyad qaldığı yerdə eyni duanı və sözləri yazıb yadigar saxladı və illər sonra "pak” şəhid yoldaşlarına qoşuldu və təkcə bu məqam bu iki şəhid arasındakı mənəvi əlaqəni göstərir. Şəhid Süleymani Şəhid Təcəllayinin (İslam İnqilabı Keşikçiləri Korpusunun Təbriz komandirlərindən biri və Xatəm əl-Ənbiya Düşərgəsinin zabiti) kitabına yazdığı müqəddimədə bu təbrizli şəhidi öz müəllimi olaraq qeyd və bu yazıda da Təbriz və Azərbaycan şəhidlərinə olan sevgisini ifadə edib. Şəhid Süleymaninin hərəm müdafiəçilərindən olan Azərbaycan şəhidlərinə xüsusi marağı qeyd olunan sevgi və əlaqənin nişanələrindən biridir və müqavimət cəbhəsinin bir çox döyüşçüsü bu xüsusi rabitəyə işarə edir.
Əlbətdə ki, Şəhid Süleymani şəhid olandan sonra Azərbaycan Respublikası xalqının göstərdiyi təsvir edilə bilməyən coşğu, eləcə də Şəhid Süleymaninin Dağlıq Qarabağın azad olunması ilə bağlı narahatlığı bu mühüm məqamı təsdiqləyir ki,
Şəhid Süleymaninin Azərbaycan xalqı ilə mənəvi münasibətləri yalnız İran Azərbaycanı ilə məhdudlaşmır və Şəhid Süleymani dünyadakı bütün Azərbaycan şiələrini, o cümlədən Azərbaycan Respublikasından olan şiələri sevir və onlara öz həmyerliləri kimi sevgi bəsləyirdi.